"Dəniz Yılmazı yenidən qazandıq"

"Dəniz Yılmazı yenidən qazandıq"
XƏBƏR 6 Dekabr 2016 / 13:06 4398
-  A +

"Bu gün Dəniz Yılmazın qolları sayəsində qalib gəldik. O, ötən mövsüm bizim əsas qol "silah"ımız idi. Ancaq etdikləri tez unuduldu".

Qol.az-ın məlumatına görə, bu sözləri "Bursaspor"un baş məşqçisi Hamza Hamzaoğlu "Rizespor"la oyunda (2:1) dubl edən millimizin futbolçusu Dəniz Yılmaz haqda danışarkən deyib.

O, 28 yaşlı hücumçunun yaxşı formada oldğunu bildirib: "Bəzi oyunçular həmişə istənilən kimi oynaya bilmir. Ona görə də üzərlərində təzyiq olur. Dənizə oyamaq üçün şans verdim. Yəqin ki, artıq üzərindən təzyiq götürüldü. Biz onu yenidən qazandıq".

Qeyd edək ki, cari mövsüm uğursuz çıxış ilə yadda qalan Dəniz Yılmaz superliqanın son turunda "Rizespor"la oyunda dubl edərək komandasına qələbə qazandırıb.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə