"Xəzər Lənkəran"dan daha bir transfer

"Xəzər Lənkəran"dan daha bir transfer
GÜNDƏM 6 Yanvar 2014 / 15:06 5212
-  A +

Transfer çalışmalarını davam etdirən "Xəzər Lənkəran" klubu gənc futbolçu Orxan Əliyevi heyətinə cəlb edib.
 
Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb.

Lerik rayonunda dünyaya gələn Orxan futbol karyerasına Rusiya Federasiyasında başlayıb. 2011-ci ildə Azərbaycanın U-17 millisinə dəvət alan forvard həmin il "Sumqayıt"a transfer olunub.

2,5 il ərzində bu klubun formasını geyinmiş Orxan "Xəzər Lənkəran"la 2 illik müqaviləyə imza atıb. Futbolçu artıq bu gündən etibarən komandanın Antalyadakı təlim-məşq toplanışına qoşulacaq.
 

Daha çox


Son xəbərlər
14.11.18  23:00

"Real"dan ilk transfer

14.11.18  19:25

"Bavariya"da ciddi itki