"Son sutka ərzində həm kədərli, həm sevincli xəbərlər eşitdik. Son günlər bütün fikrimiz cəbhə bölgəsindədir. Bütün dualarımız əsgərlərimizlədir. Komanda olaraq, hər birimiz üçün belə bir məqamda oyuna köklənmək olduqca çətin idi. Nə qədər kədərli anlar olsa da, inanırıq ki, sonda sevinən tərəf Azərbaycan xalqı olacaq. Şükürlər olsun ki, get-gedə daha çox şad xəbərlər eşidirik".
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 6-cı turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis bildirib ki, belə bir psixoloji məqamda oyunun ilk dəqiqələrində futbolçularda müəyyən həyəcan, gərginlik olub, vaxt ötdükcə isə komandası öz oyununu tapmağa başlayıb: "Ani diqqətsizlikdən qapımızda qol görsək də, sevindiricidir ki, cavab qolumuz özünü çox gözlətmədi. Heyətimizdəki futbolçuların potensialı nəyə imkan verirsə, o qədər də nəticə qazanmağa çalışacağıq. Bu heyətlə ən azından qışadək davam etməyi düşünürük. Daha yaxşı olmağa səy göstərəcəyik. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda qalib gələ bilərdi. Zənnimcə, ən ədalətli nəticə qeydə alındı və hər iki komanda 1 xal qazandı".
Hacıyev rəqib həmkarı Yunis Hüseynovun "Keşlə"nin 2 xal itirdiyinə dair fikirləri ilə razılaşmayıb: "Florian Kadriu təkbətək epizoddan istifadə etsəydi, biz 2:1 hesabı ilə qalib gələcəkdik. Düşünmürəm ki, o halda rəqibin baş məşqçisi 1 xala görə heyfsilənərdi".
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video