"Qəbələ"nin fransalı hücumçusu Baqali Dabo footmercato.net saytına müsahibə verib.
Qol.az-ın məlumatına görə, o, müsahibəsində "Qəbələ"yə keçidi və digər məsələlər barədə danışıb.
- "Qəbələ"yə keçidiniz necə alındı?
- "Kretey"dəki vəziyyət məni qane etmirdi. Özümü daha orda görmürdüm. Fransanın II Liqasından 2 təklifim var idi. Digər təklifləri isə ölkə xaricindən almışdım. Yekunda "Qəbələ"yə keçməyə qərar verdim. Çünki özümü başqa ölkədə yoxlamaq istəyirdim. Komanda Avropa Liqasında (AL) çıxış etməliydi. Mərhələləri keçmək asan deyildi. Oyunlarda maksimum bacarığımı nümayiş etdirmək istəyirdim. Avropa Liqasında qrup mərhələsində vəsiqə qazanacağımızı gözləmirdim. Amma öz-özümüzə dedik ki, niyə də bütün təsnifat mərhələlərini keçməyək?
- Avropa Liqasında artıq böyük xatirələrin var?
- Bu turnirdə oynadığım üçün xoşbəxtəm. İlk 2 turda baş məşqçi məni diqqətlə izləyirdi. Çünki ona qədər 1 dəqiqə də olsun, meydana çıxmamışdım. Həmin anda Avroliqa görüşlərində iştirak etdiyim üçün özümdə razılıq hiss etmirdim, amma bu mənim üçün xoş idi. III təsnifat mərhələsində “Lill”lə görüşdə əlavə çətinlik hiss etdik. Ən yaxşı mühit isə "Maribor"la Sloveniyadakı görüşdə oldu. Bu, qrup mərhələsi öncəsi sonuncu oyunumuz olduğu üçün bütün gücümüzü meydanda qoymalı idik. Ya dayanmalı, ya da mübarizəyə davam etməliydik. Həmin görüşlə bağlı xatirələrimi heç vaxt unutmayacam. "Lill"ə qalib gəldiyimiz oyunla müqayisə etsək belə, "Maribor"la matçda özümü daha yaxşı hiss etdim.
- Qəbələdə həyatınızı necə keçirirsiniz?
- Biz Qəbələdə 5 ulduzlu oteldə yaşayırıq. Çempionata gəlincə, son çempion "Qarabağ" bizimlə birgə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşıb. Ötən mövsüm onlar Avroliqanın qrup mərhələsində çıxış etmişdilər. Bu il hədəflərini bir qədər də böyütmək istəyirdilər, amma yenə AL-in qrupuna düşdülər. "Qəbələ" gücünə görə Azərbaycanda “Qarabağ”dan sonra ikinci komanda sayılır. Bu da onunla əlaqədardır ki, son illərdə bir qayda olaraq, çempionluğu "Qarabağ" qazanır.
- Siz orda olduğunuz müddətdə komandada inkişaf hiss etmisiniz?
-
Mən öz oyunuma fikir verirəm. Çalışıram ki, hücumda əlimdən gələni edim. İndiki məqamda bu məndə yaxşı alınır.
- “Qəbələ” Azərbaycan çempionatında hansı səviyyədə oynayır?
- “Qəbələ” II Liqanın hər komandası ilə oynaya bilər. I Liqadan isə bəzi klublarla müqayisə olunacaq gücdədir.
- Azərbaycana uyğunlaşmaq çətin olmadı?
- Azərbaycan mənə Türkiyəni xatırladır. Axı tez-tez ora gedib, gəlirəm. Odu ki, burdakı danışıq dili və yeməklər mənə qəribə gəlmir. Azərbaycanlıların danışığı bir az türk dilinə oxşayır. Bu ölkələr bir-birinə çox yaxındı.
- "Qəbələ"də uzun müddət qalmağı planlaşdırırsız?
- Klubla 2 illik müqavilə bağlamışam. Fransaya qayıtmağı planlaşdırmıram. Bundan da yuxarı səviyyəyə qalxmaq istəyirəm. Niyə də Türkiyə və ya başqa ölkələrə getməyim? Amma Fransaya qayıtmaq mənim üçün maraqlı deyil. Mən iddialıyam. Ancaq yenə də növbəti klubumun adı gələcək təkliflərdən asılıdır.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır