Qızlar millisi Estoniyaya qalib gəldi

Qızlar millisi Estoniyaya qalib gəldi
XƏBƏR 13 Oktyabr 2016 / 18:47 2337
-  A +

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Estoniya komandası ilə qarşılaşan yığmamız  1:0 hesabı ilə qələbə qazanıb.

Yeganə qolu Aytac Nemətova vurub.

Qeyd edək ki, millimiz ilk oyunda Polşaya 0:4, növbəti görüşdə isə Macarıstana 0:3 hesabı ilə uduzub. Bu nəticələrə əsasən komandamız turnirlə vidalaşıb.

Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner