"Dinamo" - "Qəbələ" - hakimlər müəyyənləşdi

"Dinamo" - "Qəbələ" - hakimlər müəyyənləşdi
XƏBƏR 13 Oktyabr 2016 / 15:57 3936
-  A +

UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçiriləcək “Dinamo" (Moskva) - "Qəbələ"  oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın “footballrefereeing.blogspot.de" saytına istinadən yaydığı xəbərə görə,  Moskvada keçiriləcək cavab oyununu moldovalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dumitru Muntyan olacaq. Ona Vyaçeslav Sivaçiov və Anatoli Basiul  kömək edəcək.

Qeyd edək ki, oktyabrın 19-da  Ximki stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da  başlayacaq. Komandalar arasında keçirilən ilk oyunda Rusiya klubu qalib gəlib - 2:0.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner