Eddinin komandası kubokla vidalaşdı

Eddinin komandası kubokla vidalaşdı
XƏBƏR 13 Oktyabr 2016 / 02:20 2876
-  A +

İspaniya kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun üzvü olduğu "Kadis" doğma meydanda "Kordoba" ilə qarşılaşıb.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Kadis" ölkə kubokunda mübarizəni dayandırıb.

Eddi İsrafilov DÇ-2018-in seçmə mərhələsində  yığmamızın heyətində Çexiyaya qarşı mübarizə apardığından "Kadis"lə oyunda iştirak etməyib.

Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

topaz banner