"Hücum etməyə çalışdıq. Azərbaycan millisi isə əks-hücumları gözləyirdi. Cəmi 1 dəfə qapıya zərbə vurdular. Onların müdafiə olunacağını gözləyirdik. Təəssüf ki, evlərinə xalla dönməyi bacardılar".
Qol.az-ın məlumatına görə, bu sözləri Çexiya millisinin qapıçısı Tomas Vaçlik DÇ-2018-in seçmə mərhələsində yığmamızla oyundan (0:0) sonra ölkəsinin mətbuatına müsahibəsində deyib.
O, qalib gələ bilmədikləri üçün təəssüfləndiyini bildirib:
"Azərbaycandan 5 xal geriyik. Bunu aradan qaldırmalıyıq. Mütləq öz evimizdə Norveçə qalib gəlməliyik".
T.Vaçlik Azərbaycanla görüşdə onlara dəstək olan azarkeşlərə təşəkkür edib:
"Azarkeşlər bizi qələbəyə səsləyirdilər. Onlar möhtəşəm idi və buna görə, təşəkkürümü bildirirəm. Hətta əlverişsiz havada da bizi dəstəklədilər".
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı