“Qələbə qazanmaq üçün qol vurmalısan. Təəssüf ki bunu bacarmadıq. Bu qarşılaşma göstərdi ki, daha keyfiyyətli oynamalıyıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri Çexiya millisinin üzvü Borek Dokal DÇ-2018-in seçmə mərhələsində yığmamızla oyundan (0:0) sonra yerli mətbbuata açıqlamasında deyib.
O, doğma meydanda qalib gələ bilmədiklərinin səbəbəini millimizin yaxşı müdafiə olunmasını ilə əlaqləndirib:
“Rəqibin müdafiə xəttini yara bilmirdik. Bunun üçün alternativimiz yox idi. Azərbaycan millisi 8 nəfərlə müdafiə olunurdu. Daha çox əks hücumlara bel bağlayırdılar”.
28 yaşlı yarımmüdafiəçi qrupdan çıxmaq şanslarının qaldığını bildirib: “İki xal çox azdır, ancaq bu hələ son deyil. Demirəm ki, növbəti oyunda mütləq Norveçi məğlub etməliyik. Norveç fərqli rəqibdir. Oyun da tam fərqli olacaq. Bir həqiqət var ki, dünya çempionatına getmək istəyən komanda öz meydanında Azərbaycanı məğlub etməlidir”.
Xatırladaq ki, Çexiya ilə səfərdə heç-heçə edən millimiz xalını 7-ə çatdıraraq ikinci pillədəki yerini qoruyub. Çexlər isə 2 xalla beşincidir.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı