"18 yaşım olanda Azərbaycan yığmasında oynamaq təklifi aldım. Mən həqiqətən də vətəndaşlığımı dəyişə bilərdinmi? Bəli, bilərdim. Atamla danışdım və hər şeyi ölçüb-biçdik. Onda mən qərar verdim ki, Rusiya yığmasında oynamaq istəyirəm. Atam məni dəstəklədi və dedi ki, gözlə, səni mütləq çağırıcaqlar".
Qol.az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin əslən Azərbaycandan olan futbolçusu Aleksandr Səmədov öz ölkəsinin mətbuatına deyib.
A. Səmədov Rusiya millisini seçdiyinə görə peşman olmadığını bildirib. O, Azərbaycan qarşısında özünü günahkar saymadığını vurğulayıb:
"Mən nədə günahkaram? Atam Bakıda anadan olub, ancaq 40 ildən çoxdur Rusiyada yaşayır. Anam rusdur. Mən moskvalıyam, burda böyümüşəm, oynamağı öyrənmişəm və həmişə yığmaya düşməyi arzulamışam. Şükür ki, bu, məndə alındı".
A.Səmədov Ramil Şeydayevin Azərbaycan millisini seçməsinə də münasibət bildirib:
"Şeydayevin səs-küylü olayı haqda eşitdim. Düzdür, Ramillə heç vaxt yollarım kəsişməyib. Heç bilmirəm ki, o, necə oynayır. Ramil Azərbaycan millsində oynamağa qərar verib və bu, onun hüququdur".
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"