Kamran Ağayev üçün yeni baş məşqçi

Kamran Ağayev üçün  yeni baş məşqçi
XƏBƏR 11 Oktyabr 2016 / 16:18 7129
-  A +

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun üzvü olduğu “Boavişta” klubunun yeni baş məşqçisi bəlli olub.

Qol.az-ın Portuqaliya klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanı Migel Leal çalışdıracaq. 51 yaşlı məşqçi ilə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis "Boavişta"da Ervin Sançesi əvəzləyib. 

Əlavə edək ki, 51 yaşlı Migel Leal 2012-ci ildən baş məşqçi kimi fəaliyyət göstərir. Onun baş məşqçi kimi yüksək liqa təcrübəsi elə də zəngin deyil. Migel Leal son olaraq “Moreyrense”ni çalışdırıb. 

Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner