AFFA hakimi təhqir edən futbolçunu cəzalandırdı

AFFA hakimi təhqir edən futbolçunu cəzalandırdı
XƏBƏR 11 Oktyabr 2016 / 15:24 3449
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK I divizionun 6-cı turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Ən ağır cəza “Göyəzən”in futbolçusu Asim Babazadəyə verilib.

O, I divizionun VI turunda “Şərurspor”la matçın 25-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Klub isə  320 manat cərimə olunub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner