“Mən Azərbaycan millisinin iki oyunda 6 xal qazanacağını gözləmirdim. Biz mütləq qalib gəlməliyik ki, ikinci pilləyə yaxınlaşaq”.
Qol.az-ın xəbərinə görə, bu sözləri Çexiya millisinin hücumşusu Patrik Şik DÇ-2018-in seçmə mərhələsinin bu gün yığma komandamıza qarşı keçiriləcək oyunu ərəfəsində deyib.
Çexiya Futbol Federasiyasının saytının yazdığına görə, millinin müdafiəçisi Filip Novak da bugünkü matçla bağlı fikirlərini açıqlayıb. O deyib: “İki oyundan cəmi bir xal toplamaq bizi qane etmir. Amma ruhdan düşməməliyik. Nikbin olmalı və Azərbaycanla matçda qalib gəlməliyik. Qarşıdakı oyunda azarkeşlər də bizə dəstək olmalıdır”.
Çexiya millisinin yarımmüdafiəçisi Ladislav Kreyçiy isə deyib: “Bizim üç xala ehtiyacımız var. Biz matçın əhəmiyyətini başa düşürük və istəyirik ki qalib gələk. Təəssüf ki, bundan əvvəlki iki görüşdə qol vura bilməmişik. Ona görə də indi təzyiq altındayıq. Biz çalışıb bu problemi aradan qaldırmalıyıq”.
Xatırladaq ki, DÇ-2018-in Çexiya - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"