"Azərbaycana da erkən qol vursam, gülməli olar"

"Azərbaycana da erkən qol vursam, gülməli olar"
XƏBƏR 10 Oktyabr 2016 / 18:10 21922
-  A +

“Azərbaycan millisinin son oyununda “Qarabağ”ın heyətində gördüyüm futbolçulardan üçü iştirak edirdi. Onlardan yalnız kapitan Rəşad Sadıqovu xatırlayıram”.

Qol.az-ın məlumatına görə, bu sözləri Çexiya millisinin üzvü Yan Sikora yerli mətbuata açıqlamasında deyib.

“Slovan”ın yarımmüdafiəçisi Avropa Liqasnın qrup mərhələsində Bakıda keçirilən oyunun 10-cu saniyəsində  “Qarabağ”ın qapısına qol vurmaqla Avroliqa tarixində ən erkən qolun müəllifi olub.

23 yaşlı yarımmüdafiəçi “Azərbaycan millisinə də erkən  qol vura bilərsənmi” sualını belə cavablandırıb:
“Bunun  üçün ilk növbədə start heyətdə meydana çıxmalıyam. Bu isə baş məşqçidən asılıdır. Almaniya ilə oyunu ehtiyat oyunçular skamyasından izlədim. Bu dəfə necə olacağını bilmirəm. Təbii ki, Azərbaycana da erkən qol vursam, gülməli olar”.

Yan Sikora “Qarabağ”la Azərbaycan millisini müqayisə edib: “Azərbaycan millisi ilə “Qarabağ”ın oyunu hücum planında fərqlənir. “Qarabağ”da əsasən əcnəbi hücumçular çıxış edir. Azərbaycan millisinin də keyfiyyətli hücum xətti var. Onlar Norveçi məğlub edib”.

Xatırladaq ki, sabah keçiriləcək Çexiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner