“Qarşımızda Norveçi məğlub edən Azərbaycan millisi var”

“Qarşımızda Norveçi məğlub edən Azərbaycan millisi var”
XƏBƏR 10 Oktyabr 2016 / 16:36 5519
-  A +

“Azərbaycan millisi indi daha güclüdür. Rəqibi asanlıqla məğlub edəcəyimizi düşünə bilmərik”.

Qol.az-ın məlumatına görə, bu sözləri Çexiya millisinin futbolçusu Lukas Droppa deyib.

O, yerli mətbuata açıqlamasında DÇ-2018-in seçmə mərhələsində sabah millimizlə keçiriləcək oyun haqda fikirlərini bildirib:

“Rəqibin  müdafiə xəttini adi hücumlarla yarmaq olmayacaq. Onlar Norveçlə oyunda necə müdafiə olunduqlarını göstərdilər.  Bu rəqibə qarşı müdafiədə də ehtiyatı əldən vermək olmaz. Qarşımızda Norveçi məğlub edən bir komanda var. Qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoymalıyıq”.

27 yaşlı yarımmüdafiəçi Almnaiyaya uduzduqları oyun (0:3) haqda da danışıb: “Almanlarla oynamaq bütün komandalar üçün çətindir. Onlar hətta Fransa ilə oyunda da üstün olurlar. Rəqibin gücünə bələd idik. Sevinirəm ki, Almaniya kimi komandaya qarşı oynadım”.

Qeyd edək ki, sabah keçiriləcək Çexiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner