Sneyder Fransaya qarşı oynamayacaq

Sneyder Fransaya qarşı oynamayacaq
XƏBƏR 8 Oktyabr 2016 / 12:00 2414
-  A +

Hollandiya millisi ciddi itki ilə üzləşib.

Qol.az-ın məlumatına görə, komandanın aparıcı üzvü Uesli Sneyder zədə səbəbindən növbəti oyunda iştirak etməyəcək. Millinin baş məşqçisi Denni Blind mətbuat konfransında Sneyderin durumunun ciddi olduğunu deyib.

Təcrübəli yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsində Belarusla oyunda (4:1) zədələnib.
İlk hissədə  zədə alan “Qalatasaray”ın futbolçusu  fasilədə əvəzlənib.

Qeyd edək ki, Hollandiya millisi oktyabrın 10-da Fransanın qonağı olacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner