Rusiyanın «Saturn» klubunun azərbaycanlı futbolçusu Emin Mahmudovun müsahibəsi
- "Saturn"un əsas heyəti ilə birgə Antalyadakı toplanışda iştirak edirsən. Bu mövsümdən səni əsas komandada görə biləcəyikmi?
- Düzdü, əsas heyətlə birgə məşq edirəm. Amma bu hələ o demək deyil ki, yeni mövsümdən premyer-liqada oynayacam. Çünki "Saturn"un əsas heyəti çox güclüdü. Orda rəqabətə qatlaşmaq lazımdı. Təbii ki, baş məşqçi məni çempionat vaxtı əsas heyətə cəlb etsə, özümü göstərməyə çalışacam.
- Toplanış nə vaxta kimi nəzərdə tutulub? "Xəzər Lənkəran"la oyuna qədər hansı yoxlama matçlarında iştirak etmisən?
- Yanvarın 19-dan fevralın 2-nə kimi Bələk bölgəsində təlim-məşqlərə başlamışıq. İlk oyunumuzu birinci divizion klubu "Jemçujina-Soçi"yə qarşı keçirdik. Həmin qarşılaşmada ikinci hissədə meydanda oldum və 20 dəqiqə mübarizə apardım. Mən meydan çıxandan sonra komandam avtoqol və penaltidən qapısında iki top gördü. Ümumilikdə isə 0:3 hesabı ilə soçililərə uduzduq. Növbəti oyunumuz İsveçrənin elita klubu "Tun"a qarşı oldu. Yeri gəlmişkən, görüşü azərbaycanlı hakim idarə edirdi (Rövşən Əhmədovu nəzərdə tutur - red.). Həmin qarşılaşmada qolun ötürməsini verdim və 1:0 hesabıyla qələbə qazandıq. İsveçrəlilərə qarşı ilk 45 dəqiqədə meydanda oldum. "Xəzər Lənkəran"la oyunu isə qeyd etməyimə yəqin ki, ehtiyac yoxdu. Yanvarın 31-də Avstriyanın "Austriya Kernten" klubuna qarşı oynayacağıq. Sonra Moskvaya qayıdırıq. Bir də fevralın 7-də yenidən Türkiyəyə gələcəyik. Səhv etmirəmsə, ayın 19-na kimi toplanış olacaq.
- Hansı mövqedə çıxış edirsən?
- Yarımmüdafiənin mərkəzində. Ancaq sağ cinahda da oynaya bilirəm. "Xəzər Lənkəran"la görüşdə orta xətdə çıxış edirdim.
- Əslin lənkərandandı?
- Bəli, Lənkəranda doğulmuşam, kənddə.
- Atanın adının Cəbrayıl olduğunu bilirik. Anan da azərbaycanlıdı?
- Bəli.
- Heç bura gəlirsiz?
- Atam aradabir baş çəkir. Ancaq hazırda maliyyə cəhətdən bir qədər çətinliyimiz var. Atam problemi yoluna qoyandan sonra yenidən ora getməlidi.
- Evdə rus dilində danışırsız?
- Belə də. Yarı rus, yarı Azərbaycan.
- Atan yəqin bildi ki, "Xəzər Lənkəran"a qol vurmusan. Bu haqda sənə nə dedi?
- Sadəcə, qol vurduğum üçün sevindi (gülür).
- Yox, o aydındı. Bilmək istəyirəm ki, nəinki Azərbaycan klubuna, ona doğma olan Lənkəranın komandasının qapısına yol tapdığın üçün üzülmədi ki?
- Açığı, onun futboldan başı çıxmır. Ona görə də bu haqda atamla elə də çox söhbət etməmişəm. Yalnız qardaşım futbolu yaxşı bildiyinə görə daha çox onunla danışıram.
- Yeri gəlmişkən, evdə neçə uşaqsız?
- Məndən başqa, bir bacım və iki qardaşım da var.
- Bildiyimizə görə, "Saturn"da erməni futbolçu çıxış etmir...
- Biri var idi (Ohanesyanı nəzərdə tutur - red.). Baxışa gəlmişdi. İlk oyunda da oynadı, ancaq bəyənilmədi deyə qaytarıldı.
- Həmin futbolçu komandaya götürülsəydi, özünü necə hiss edəcəkdin?
- Ermənilərlə aram yoxdu və onlardan uzaq gəzməyə çalışıram. Onlardan iyrənməsəm də, hər halda çalışıram ki, ünsiyyət qurmayım.
- Vaxtilə bizim U-17-nin də düşərgəsində olmusan. Onda necə oldu ki, sənə təklif gəldi?
- Məni axtarıb tapmışdılar. 2008-ci ildə Bakıya çağırdılar. Mən də gəlib toplanışda iştirak etdim. Məşqlər təxminən 1 ay davam etdi. Sonda da mənə dedilər ki, istəsən, yenə gələrsən. Açığı, "Saturn"un sabiq rəhbərliyi toplanışa getməyimi istəmirdi. Azərbaycandan gələn məşqçilər prezidentimizdən razılıq alandan sonra getməyimə icazə verildi. Özüm də istəyirdim ki, gedim görüm orda məşqlər necə keçir. Ancaq 1 ay orda olandan sonra qərarımı verdim. Fikirləşdim ki, bu müddət ərzində vaxt itirməkdənsə, elə klubumda məşq edərəm də. Atam da demişdi ki, seçim sənindi. Futbolu sən oynayırsansa, qərarı da özün verməlisən. Mən də qərarımı verdim ki, bir də ora qayıtmayacam.
- Hazırda əsas millimiz inkişafdadı. Bəs yığmanın şərəfini qorumağa necə baxırsan? Çünki Rusiya millisinə düşmək heç də asan məsələ deyil.
- Yığmanın Çexiya ilə oyundan qalib ayrılmasından xəbərim var. Onlara azarkeşlik edirdim. Həmçinin Mahir Şükürov və Vaqif Cavadovun uyğun olaraq "Anji" və "Tvente"yə keçdiyini də bilirəm. Ancaq hazırda Rusiya vətəndaşlığına və pasportuna malikəm. Üç yaşımdan burda yaşayıram. Ona görə də indi Azərbaycan yığmasında çıxış etmək haqda düşünmürəm.
- Gələcəkdə klublarımızda çıxış etmək variantı yaransa, bu təklifləri necə dəyərləndirərsən?
- Rusiya çempionatının səviyyəsi ilə Azərbaycanınkı bir deyil. Bunu özünüz yaxşı bilirsiz. Ancaq Allahın işini bilmək olmaz. Bunu gələcək göstərər.
Mənbə: «Futbol +» qəzeti
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video