Rio-de-Janeyronun “Windzor Barra” otelində 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi keçirilib.
Qol.az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, 60-dan artıq qonağın iştirak etdiyi mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, Rio Olimpiya oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, rəsmilər, eyni zamanda, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum, Nigerin baş naziri Ada Salissau, Qvineya-Bissaunun baş naziri Bakiro Dja, Malaziya, İndoneziya, Qvineya-Bissau, ÇAD, Qambiya, Fələstin, Suriya və digər İslam ölkələrinin Milli Olimpiya Komitələrinin prezidentləri, baş katibləri, idmana məsul nazirləri iştirak ediblər.
Qonaqları salamlayan nazir Azad Rəhimov ölkəmizin bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, I Avropa Oyunlarını, “Formula 1 Grand Prix” turnirini və digər Avropa, dünya çempionatlarını buna misal gətirib.
Azad Rəhimov deyib: “Daim dünyaya tolerantlıq nümayiş edən Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını keçirməkdə məqsədi İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini yaratmağı nümayiş etdirməkdir. 12 yarış günü ərzində 5000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Daim hər bir yarışa yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, IV İslam Həmrəyliyi Oyunları ilə Azərbaycan simasında müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını dünyaya nümayiş etdirəcək".
Azad Rəhimovun çıxışından sonra qonaqlar üçün IV İslam Həmrəyliyi Oyunları haqda hazırlanmış film nümayiş etdirilib. Filmdə IV İslam Oyunlarına hazırlıq prosesi, idman obyektləri haqqında məlumat və digər mühüm məqamlar öz əksini tapıb.
Filmin nümayişindən sonra nazir Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prossesi, akkreditasiya, idmançıların qalacaqları məkanlar, yarışların keçiriləcəyi idman obyektləri və digər məsələlərlə bağlı sualları cavablandırıb, fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!
Azərbaycan 1-ci Liqasında yeni mövsümün - Tam təqvimi
"İnter"in futbolçusu "Latsio"da
"Kəpəz"də yeni müqavilə