Azərbaycan milli komandasının keçmiş futbolçusu Anatoli Ponomaryov yeni klubu - Türkiyənin aşağı dəstə təmsilçisi “Orduspor”un heyətində ilk oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Ponomaryov “Avni Aker” stadionunda Türkiyənin ən güclü klublarından olan “Trabzonspor”la oyunda əsas heyətdə yer alıb. 13 nömrəli forma altında oynayan Ponomaryov 90 dəqiqə ərzində mərkəz hücumçusu funksiyasını yerinə yetirib.
“Orduspor”un 1:2 hesabı ilə uduzduğu matçın 16-cı dəqiqəsində Anatoli qol vurmağa yaxın olub. Lakin onun təhlükəli zərbəsindən sonra trabzonluların qapıçısı Tolqa hesabın açılmasına imkan verməyib. Bununla belə, qonaqların hesabı açmasında həmyerlimizin rolu olub. 38-ci dəqiqədə Hakanın fərqləndiyi epizodda Ponomaryov arxasında olduğu Tolqanı çaşdırmaqla hesabın açılmasına şərait yaradıb. Türkiyə mətbuatı Ponomaryovun oyununu 4 balla qiymətləndirib.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki