Coko Haciyevski: “Bu, ilk və sonuncu dəfədir ki, mən Bülənt Qorxmaz haqda danışdım”

Coko Haciyevski: “Bu, ilk və sonuncu dəfədir ki, mən Bülənt Qorxmaz haqda danışdım”
ÖLKƏ FUTBOLU 27 Yanvar 2010 / 00:44 2807
-  A +

“İlk növbədə onu demək istəyirəm ki, “Bakı”nın uğursuzluğu barədə açıqlama vermək təşəbbüsü ilə mən çıxış etməmişəm. Siz mənə zəng vurdunuz, mən də öz fikirlərimi bildirdim. İstəmirəm ki, kimsə məni yalnış başa düşsün. Bu, ilk və sonuncu dəfədir ki, mən Bülənt Qorxmaz haqda danışdım. Baxmayaraq ki, o hər dəfə komandanın fiziki durumundan və seleksiya işindən gileylənir”. Qol.Az-a verdiyi açıqlamada bu sözləri “Bakı”nın və milli komandamızın keçmiş baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis keçmiş klubuna yalnız uğurlar arzuladığını söyləyib: “Sadəcə olaraq, “Bakı” cari mövsümdə qarşısına qoyduğu hədəflərdən artıq birini əldən verdi. Məhz bu səbəbdən mən də açıqlama verdim. Komandanın üç kubokdan birini itirməsi mənə də pis təsir etdi. Mən kiməsə cavab vermək fikrində deyiləm. Başımı aşağı salıb, öz işimlə məşğulam. Bəli, mən “Bakı”nı istəyən adamam, həmişə də belə olaraq qalacağam. “Bakı”ya yalnız uğurlar arzulayıram. Çox istəyirəm ki, keçmiş komandam cari mövsümdə həm çempion olsun, həm də kuboku qazansın. Bunu səmimi qəlbdən deyirəm”.

Daha çox


Son xəbərlər