“Barselona” “Real”ın rekordunu qırdı

“Barselona” “Real”ın rekordunu qırdı
DÜNYA FUTBOLU 31 Dekabr 2015 / 01:17 14083
-  A +

“Barselona” klubu daha bir rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, La Liqanın 17–ci turunda hazırda “Betis”lə qarşılaşan (4:0) kataloniyalılar bir ildə ən çox qol vuran İspaniya klubu olub.

Lionel Messinin qolu ilə “Real”ın rekordunu (178 qol) yeniləyən “Barsa” Luis Suaresin fərqlənməsi ilə madridlilərin rekordunu qırıb.

Onu da qeyd edək ki, bu qolların 76 faizini Messi, Suares və Neymar vurub. Messi  2015-ci ildə 48, Suares, 47, Neymar isə 41 dəfə rəqib qapılarına yol tapıb.

Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır