"2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ağırlıqqaldırma üzrə 4 lisenziya idmançlara yox, komandaya verilib. Dopinq məsələsinə görə biz lisenziyaları itirməmişik".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu gənclər və idman naziri Azad Rəhimov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, hazırda Azərbaycanın 6 ağırlıqqaldıranının dopinq-testdən keçə bilməməsi ilə bağlı araşdırma aparılır: "Biz həmişə qeyd etmişik ki, nazirlik dopinqə qarşı yoxlamalar aparır. İlk dəfə bizdə Antidopinq Komitəsi yaradılıb. İstər "Bakı 2015" I Avropa Oyunları, istərsə də digər yarışlarda idmançılar testdən keçirilir. Biz də tələb edirik ki, gəlib bizdə testdən keçsinlər".
Dopinq-testdən keçə bilməyən idmançıların cəzalandırılmasına gəlincə, A.Rəhimov bildirib ki, buna Azərbaycan Ağır Atletika Federasiyası cavabdehdir: "Fakt təsdiqini tapsa, inanıram ki, burada günahkar kimdirsə - həkim, məşqçi və ya digəri cəzalanacaq".
Qeyd edək ki, ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın 6 ağırlıqqaldıranı - Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) orqanizmindən istifadəsi qadağan olumnmuş dərman preparatı tapılıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər