Qış “transfer pəncərəsi” dövründə “Bakı”nın heyətində böyük dəyişikliklərin olacağı məlumdur. Qol.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, çempionumuzun heyətinə qatacağı futbolçulardan birinin adı artıq dəqiqləşib. Söhbət hazırda Qazaxıstan çempionatının lideri olan “Lokomotiv”də (Astana) çıxış Jambıl Kukuyevdən gedir. Bülənt Qorxmaz hətta bu futbolçunun oyununu izləmək üçün bir müddət əvvəl köməkçilərindən birini Qazaxıstana da göndərib. Yardımçısı da Kukuyev haqda Qorxmaza müsbət fikir bildirib. Kukuyev meydanın mərkəzində çıxış edir, pleymeykerdir. “Bakı”nın çalışdırıcısı Kukuyevə Amiran Mucirinin əvəzləyicisi gözüylə baxır.
Jambıl Kukuyev 1988-ci il sentyabrın 20-də Qazaxıstanda anadan olub. Boyu 170 sm, çəkisi 63 кq-dır. Ampulası yarımmüdafiəçidir. Karyerasına “Çesna” klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda “Jeleznodorojnik”, “Astana” FK, “Rahat”, “Alma-ata” klublarında çıxış edib. 2008-ci ildən “Lokomotiv”in şərəfini qoruyur. 2006-cı ildə Qaazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazasıxtan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb. Kukuyev eyni zamanda Qazaxıstan milli komandasının da şərəfini qoruyub. Millidə keçirdiyi 13 görüşdə 1 qol vurub. Maraqlıdır ki, "Bakı"nın maraq dairəsində düşən futbolçu millidəki yeganə qolunu "Uembli" stadionunda İngiltərə millisinin qapısına vurub. Bu qol həm də keçmiş postsovet ölkələrindən olan futbolçuların "Uembli"də İngiltərə millisinin qapısına vurduğu ilk qol kimi tarixə düşüb.
Kukuyev özü də "Lokomotiv"i tərk etmək istəyir. Çünki gənc futbolçunun komandanın baş məşqçisi, ötənlərin məşhur futbolçusu Sergey Yuranla münasibətləri istənilən səviyyədə deyil. Hətta bir müddət əvvəl açıqlama verən futbolçu bildirib ki, Yuran komandanın daxilində ona qazax dilində danışmağı qadağan edib.
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video