“Yayılan söz-söhbətlər hər iki komandanın imicinə xələl gətirir. Çox təəssüf ki, belə söhbətlər ortaya çıxıb. Tovuzda çox gərgin oyun oldu. Biz ilk hissədə də pis oynamadıq, qol imkanlarımız oldu. Sadəcə, “Turan” əks-hücumlardan yaxşı istifadə etdi və ilk hissədə bizə iki qol vurdu”. Bu sözləri Qol.Az-a açıqlamasında “Turan”-“Neftçi” oyunu ətrafında yaranan söz-söhbətlərlə bağlı fikirlərini açıqlayan “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov oyunun fasiləsində “Neftçi”nin soyunub-geyinmə otağında baş verənlər haqda da danışıb: “Fasilədə futbolçularla çox ciddi söhbətimiz oldu. Komandanın vitse-prezidenti Tahir Süleymanov oyunçulara etirazını çox sərt şəkildə çatdırdı. Hətta o qədər əsəbləşdi ki, bunun ardınca əvvəlcə soyunub-geyinmə otağını, atrdınca isə ümumiyyətlə, Tovuzu tərk etdi. Fasilədən sonra isə komanda özünə gəldi və əsl mübarizə apardı. Nəticədə 3 top vuraraq meydançanı 3 xal və qələbə ilə tərk etdik”.
V.Sadıqov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin “Əgər deyilənlər sübuta yetirilərsə, həm “Turan”, həm də “Neftçi” birinci diviziona göndəriləcək” açıqlamasına da münasbət bildirib. Təcrübəli mütəxəssis buna etiraz etmədiyini deyib. O, hətta matçı yenidən oynamağa hazır olduqlarını da bildirib: “Bəli, razıyam, qoy araşdırma aparsınlar. Əgər istəyirlərsə, “Turan”la oyunu yenidən keçirməyə hazırıq. Yox, əgər tutarlı fakt olarsa və bu fakt öz təsdiqini taparsa, o zaman həm “Turan”, həm də “Neftçi” birinci diviziona göndərilməlidir”.
2-ci liqada 3 oyun
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır