Ağasəlim Mircavadov: Stadionun süni örtüklü olması oyunumuza mənfi təsir göstərdi"

Ağasəlim Mircavadov: Stadionun süni örtüklü olması oyunumuza mənfi təsir göstərdi"
PREMYER LİQA 6 Dekabr 2009 / 19:58 3519
-  A +

“İlk hissə yaxşı oynadıq. Lakin fasilədən sonra rəqib üstünlüyü ələ aldı. “İnter” bir neçə epizodda qalibiyyət topunu da vura bilərdi. Mahir Şükürovun qaçırdığı epizodu xüsusi vurğulamaq istəyirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın bu gün keçirilən “İnter” – “Xəzər Lənkəran” matçının oyunsonrası mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ağasəlim Mircavadov deyib. Mircavadov “Şəfa” stadionun süni örtüklü olmasının komandanın oyununa mənfi təsir etdiyini bildirib: “2 il əvvəl “Şəfa”da meydan daha yaxşı idi. İndi isə bu sözləri deyə bilmərəm. Lalini də bu səbəbdən meydana buraxmadım. Meydança süni örtüklü olduğundan burada daha çox yerlə oynamaq lazımdır. Allan isə əsasən ikinci mərtəbədə daha fəaldır. Növbəti oyunlarda ona mütləq şans verəcəm”.

Son xəbərlər