Pokora bərabərliyi faciəyə çevirmir

Pokora bərabərliyi faciəyə çevirmir
PREMYER LİQA 6 Dekabr 2009 / 16:36 2921
-  A +

“Oyun çox gərgin keçdi. Qol vurmaq üçün şanslarımız olsa da, bunlardan istifadə edə bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Muğan”la oyunsonrası mətbuat konfransında “Simurq”un baş məşqçisi Roman Pokora deyib. Ukraynalı mütəxəssis bildirib ki, komandasının “Muğan”a qalib gələ bilməməsini faciəyə çevirmək lazım deyil: “Biz Salyana qələbə qazanmaq üçün gəlmişdik. İlk dövrədə öz meydanımızda qələbə qazana bilməmişdik Bu dəfə həmin xal itkisinin əvəzini çıxmaq istəyirdik. Lakin alınmadı. Bunu faciəyə çevirmək lazım deyil. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Həmin qarşılaşmalarda istədiyimiz nəticəni qazanmağa çalışacağıq”.

Son xəbərlər