Nadir Nəbiyevdən iddialı açıqlamalar

Nadir Nəbiyevdən iddialı açıqlamalar
ÖLKƏ FUTBOLU 4 Dekabr 2009 / 23:46 2278
-  A +

“Neftçi” həmin “Neftçi” deyil ki, hamıdan xal ala bilsin, həm evdə, həm də səfərdə qələbə qazansın. Bakılılar əvvəlki dövrlərdə olduğu kimi güclü komanda təsiri bağışlamırlar”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Turan”ın hücumçusu Nadir Nəbiyev sabah sabiq klubu “Neftçi”yə qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib. “Turan”ın kapitanı bildirib ki, sabahkı matçda yalnız qələbə haqda düşünürlər: “Rəqib futbolçuların Tovuza qələbə üçün gəldiklərindən və bu barədə iddialı açıqlama vermələrindən xəbərdaram. Onlar 1 xalı faciə kimi qəbul edirlər. Əslində “Neftçi”ni bu vəziyyətində udmamaq bizim üçün faciəyə bərabər ola bilər.”Altılığ”a düşmək istəyiriksə, mütləq 3 xal qazanmalıyıq”.

Son xəbərlər
18.03.25  16:16

Van Deyk ABŞ-ı seçdi