Vaqif Cavadov: “Azərbaycanın ən güclü futbolçusu Rəşad Sadıqovdur”

Vaqif Cavadov: “Azərbaycanın ən güclü futbolçusu Rəşad Sadıqovdur”
ÖLKƏ FUTBOLU 4 Dekabr 2009 / 14:51 3481
-  A +

Millimizin və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov komanda yoldaşı Rəşad Sadıqovu 2009-cu il üçün Azərbaycanın ən güclü futbolçusu hesab edir. Bu haqda Qol.Az-a açıqlamasında Vaqif Cavadov özü məlumat verib. Xatırladaq ki, Vaqif Cavadov hazırda 2009-cu il üçün Azərbaycanın ən güclü futbolçusu adına əsas namizədlərdən biri hesab edilir. Amma Vaqif şəxsən özü bu seçimdə Rəşad Sadıqovu birinci gördüyünü vurğulayıb. O, Rəşadın Türkiyənin “Kocaelispor” klubundakı çıxışlarını, həmçinin avrokuboklarda “Qarabağ”ın heyətində göstərdiyi oyunu, vurduğu mühüm qolları əsas gətirərək belə qərar qəbul etdiyini bildirib. V.Cavadov bu siyahıda ikinci kimi Maksim Medvedyevi görür. Onun fikrincə, “Qarabağ”ın ölkə kubokunu qazanmasında və avrokuboklardakı inamlı çıxışında Maksimin böyük rolu var. “Həm də nəzərə almaq lazımdır ki, Maksim bu il millinin heyətinə dəvət alaraq, tez bir zamanda orada möhkəmlənməyi bacardı. Onu artıq millimizin əsas heyət üzvü saymaq olar”. Cavadov üçüncü yer üçün heç kimin adını çəkməyib. Amma Vaqif vurğulayıb ki, onun fikrincə, Rəşad Sadıqovla Maksim Medvedyevin adı mütləq ilin ən yaxşı 3 futbolçusu arasında olmalıdır. Sonda isə V.Cavadov 2009-cu il üçün dünyanın ən yaxşı futbolçusu qismində “Barselona”nın və Argentina milli komandasının üzvü Lionel Messini gördüyünü bildirib. İkinci pilləni Haviyə, üçüncü yeri isə Zlatan İbrahimoviçə verib.

Son xəbərlər
18.03.25  16:16

Van Deyk ABŞ-ı seçdi