Bu gün keçiriləcək 3 oyunla Unibank Unibank Premyer Liqada XIII turun oyunlarına yekun vuruldu. Qol.Az bugün saat 14:00-dan etibarən turun son qarşılaşmalarından canlı-mətn reportaj yayımladı.
06 dekabr (bazar)
17:15 "İnter" - "Xəzər Lənkəran" 1:1
"Şəfa" stadionu
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azad Q.Hüseynov, Zöhrab Əliyev
Matç bitdi.
88. Zlatinov "Xəzər Lənkəran"ın futbolçusu Devran Ayhana qarşı kobud oynadığından sarı vərəqə alır.
70. Leonardo Roşanın zərbəsi qapı tirinə dəyir.
63. Aleksandr Çertoqonov kobud oyuna görə sarı vərəqə ilə cəzalanır.
62. "Xəzər Lənkəran"da Ceyhun Sultanovun əvəzinə meydana Junior Osvaldo daxil olur.
55. Leonardo Roşa bu dəqiqələrdə çox aktivdir. Braziliyalı futbolçunun cərimə zərbəsindən vurduğu top qapının azacıq yanından keçir.
50. QOOl. Leonardo de Roşa hesabı bərabərləşdirdi. Futbolçunun cərimə zərbəsindən vurduğu top "doqquzluğ"a yönəldi.
İkinci hissə başladı.
İlk hissə başa çatdı.
40. Kamran Ağayev oyunun vaxtını bilərəkdən uzatdığı üçün sarı vərəqə alır.
38. Çervenka yenidən şansını sınayır. Qapıya doğru vurduğu zərbə düz Kamranın üstünə gedir.
28. "İnter"dən Roşa Batista sarı vərəqə alır.
27. "Xəzər Lənkəran"ın hücumu təhlükəli alına bilərdi. Lakin Rahid Əmirquliyev cərimə meydançasında topa nəzarət edə bilmədi.
17. Roşanın ötürməsindən sonra Çervenka qapıya doğru zərbə vurur. Top qapının yanından keçir.
11. Andrey Rubins cərimə meydançasına doğru ötürmə edir. Kamran Ağayev cəld tərpənərək topa sahib çıxır.
8. Branislav Çervenkanın zərbəsini Kamran Ağayev asanlıqla dəf edir.
4. QOOL. Mario Souza hesabı açır.
Matç başladı.
"Qəbələ" - "Qarabağ" 1:1
Qəbələ şəhər stadionu
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Orxan Məmmədov, Rasim Məmmədov
Oyun başa çatdı.
90+3. Elnur Allahverdiyev sarı vərəqəylə cəzalandı.
Hakim oyunun sonuna 3 dəqiqə əlavə etdi.
90. "Qarabağ" meydanda azlıqda qaldı. Teli ikinci sarı və avtomotik qırmızı vərəqə aldı.
88. Mübahisə etdiklərinə görə Dorosevs və Teli sarı vərəqəylə cəzalandılar.
82. "Qarabağ" ikinci qolu vura bilərdi. Lakin Vüqar Nadirov cinahdan ötürülən topa toxunan olmadı.
78. QOLLL. "Qarabağ" hesabı bərabərləşdirdi. Rəşad Sadiqov status-kvonu bərpa etdi.
76. "Qarabağ" məğlubiyyətdən yaxa qurtarmaq üçün bütün komandayla irəli atılıb. Lakin "Qəbələ"nin müdafiəsini yarmaq Ağdam klubuna nəsib olmur.
74. "Qəbələ"nin heyətində əvəzetmə. Bondarçuku Yaşar Abuzərov əvəzlədi.
72. Rəşad Sadıqovun zərbəsi müdafiəçilərdən geri döndü.
71. "Qəbələ" meydanda azqlıda qaldı. Hakim Stolpanın simulyasiya etdiyini bidirərək, ona ikinci sarı vərəqə və avtomotik qırmızı vərəqə göstərdi. Bundan əvvəl isə referi Baranini sarı vərəqəylə cəzalandırmışdı.
67. Elnur Allahverdiyev şansnı boşa verdi.
66. Bu dəfə də "Qəbələ"nin heyətində dəyişiklik baş verir. Kristian Torresi Pərvin Paşayev əvəzləyir.
64. Vurğun Hüseynov sarı vərəqəylə cəzalandı.
62. "Qarabağ"da daha bir dəyişiklik. Vaqif Cavadov Zaur Kəşimovu əvəzlədi. Qurban Qurbanov va-banka gedir.
61. Əfran İsmayılovun zərbəsi qapının üstündən keçdi.
60. "Qəbələ"dən Razvan Tarlea sarı vərəqəylə cəzalandı.
57. "Qarabağ"ın heyətində ilk dəyişiklik. Rauf Əliyevi Vüqar Nadirov əvəzlədi.
56. "Qarabağ"ın hücumu təhlükəli alındı. Lakin zərbə qapının üstündən keçdi.
55. "Qəbələ"də dəyişiklik. Nikola Hibalyuk meydanı tərk edir. Onun əvəzinə meydana Revaz Qetzadze daxil olur.
53. "Qəbələ" daha bir hücum qurdu. Lakin Sahil Kərimov son anda qardaşı Kənanın zərbəsini küncə çıxara bildi.
52. QOLLL. Toşam Stolpa penaltidən topu qapıdan keçirdi.
51. Hakim "Qarabağ"ın qapısına penalti təyin etdi. Elnur Allahverdiyev topa cərimə meydançasının daxilində əllə oynadı.
50. "Qarabağ" ikinci hissədə ilk real qol epizodunu boşa verdi. Əfran İsmayılov iki rəqibindən sıyrılıb, qapıya zərbə endirsə də, Dorosevs yenə də keçilməzdir.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45. Daha bir sarı vərəqə Rauf Əliyevə göstərildi.
43. Bu dəfə də Aslan Kərimov sarı vərəqəylə cəzalandı.
39. Emin İmaməliyev hakim tərəfindən sarı vərəqə ilə cəzalanır.
33. "Qəbələ" təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirsə də, müdafiəçilər Vurğun Hüseynovun zərbəsinin qarşısını aldılar.
28. "Qarabağ" hesabı aça bilərdi. Lakin Rauf Əliyev Əfran İsmayılovun təhlükəli cinah ötürməsinə toxuna bilmədi.
20. Elnur Allahverdiyevin zərbəsindən sonra top müdafiəçilərə dəyərək, geri qayıtdı.
16. Oyun qarşılıqlı hücumlar şəraitində keçir.
10. "Qəbələ"nin daha bir hücumu təhlükəli alındı. Müdafiəçilər son anda Kənan Kərimovun zərbə vurmasına imkan vermədilər. İkinci dəfə Tarlea topu qapıya göndərmək istəsə də, müdafiəçilər onun da qarşısını kəsdilər.
7. Matça meydan sahibləri fəal başlayıb. Bondarçukun təhlükəli zərbəsini "Qarabağ"ın qapıçısı çətinliklə dəf etdi.
Oyun başladı.
***
"Qarabağ"ın qapıçısı Sahil Kərimovla "Qəbələ"nin kapitanı Kənan Kərimovun qardaş olduqlarını da qeyd edək.
***
"Qəbələ"nin də itkisi var. Lakin "Qarabağ"dan fərqli olaraq, meydan sahiblərinin itkisi oyunçularla deyil, baş məşqçi ilə bağlıdır. Ötən tur cəzalanan Ramiz Məmmədov matçı tribunadan izləyir. Onun yoxluğunda meydanın kənarında köməkçiləri Cavanşir Novruzovla Vidadi Rzayev futbolçulara tapşırıq verirlər. Onu da qeyd edək ki, Cavanşir Novruzov futbolçu karyerasının uzun illərini məhz "Qarabağ"da keçirib.
***
"Qarabağ" oyuna itkilərlə çıxıb. Vüqar Nadirov, Vaqif Cavadov, Maksim Medvedyev ehtiyat oyunçular skamyasında əyləşib. Rəşad Sadıqov isə bu dəfə start heyətində yer alıb.
"Muğan" - "Simurq" 0:0
Salyan Olimpiya kompleksinin stadionu
Hakimlər: Azad Mütəllimov, Munis Abdullayev, Aydın Ələkbərov, Hacıəli Ağayev
Oyun başa çatdı.
85. "Simurq" son dəqiqələrdə bütün komandayla irəli atılıb.
77. İnanılmaz. "Simurq" oyunda ən real qol epizodunu boşa verdi. Petrov iki metrdən boş qapının dəqiq nişan ala bilmədi.
74. "Simurq" hücumlarını davam etdirir. Lakin Zaqatala klubu hələ də rəqibin müqavimətini qıra bilmir. İlk oyunda olduğu kimi.
60. Mübarizə əsaəsn meydanın mərkəzində keçir.
52. İkinci hissə sönük tempdə başlayıb.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
42. "Simurq" hücumlarını davam etdirir.
35. "Muğan"dan Tagim Novruzovun zərbəsi qapının yanından keçdi.
33. "Simurq"un daha bir hücumu təhlükəli alındı. Lakin müdafiəçilər son anda Ruslan Qunçakın zərbəsini qapı xəttindən çıxardılar.
30. Sergey Artyuxun uzaqdan zərbəsi qapıdan aralı keçdi.
22. "Simurq" bir qədər fəallaşaraq, üstünlüyü ələ alıb.
14. Qarşılaşma sakit tempdə başlayıb. İlk dəqiqələrdən mübarizə meydanın mərkəzində keçir. Qapılar qarşısında real təhlükəli epizod yoxdur.
Oyun başladı.
05 dekabr (şənbə)
14:00 "Standard" - "Bakı" 3:4
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mübariz Haşımov, Ceyhun Haşımov
Matç bitdi.
90+2. QOOl. "Standard"ın futbolçusu Rekelme hesab arasındakı fərqi azaldır.
88. "Bakı"da növbəti oyunçu dəyişikliyi. Adamiyanın əvəzinə meydana Mahmud Qurbanov daxil olur.
87. Ramimin uzaqdan zərbəsi təhlükəli alındı.
"Bakı"da oyunçu dəyişikliyi baş verir. Şoliçin əvəzinə meydana Ramim daxil olur.
85. QOOl. Aleksandr Şoliç komandasının dördüncü qolunu vurdu.
78. "Bakı" dördüncü qolu vura bilərdi. Lakin nə Şoliç, nə də Bəxtiyar Soltanov topu qapıdan keçirə bilmədi.
70. QOOl. Künc zərbəsindən ötürülən topu Bəxtiyar Soltanov qapıdan keçirir.
66. "Standard"da oyunçu dəyişikliyi. Aqil Məmmədovun əvəzinə meydana Samir Zərgərov daxil olur.
48. İkinci hissəyə "Standard" fəal başlayıb. Rekelme topu qapıdan keçirsə də, hakim futbolçunun kobud oynadığını bildirərək qolu hesaba almır.
İkinci hissə başladı.
İlk hissə başa çatdı.
42. QOOl. Hesab bərabərləşdi. Maçado təxminən 35 metrdən vurduğu qüvvətli zərbi ilə topu qapıdan keçirdi.
36. QOOl. Cərimə meydançasında top "Bakı"nın müdafiəçisi Stevan Batesin əlinə dəyir. Hakim onbirmetrlik zərbə təyin edir. "Standard"ın futbolçusu Maçado topu qapıdan keçirir.
29. "Standard"ın futbolçusu Maçadonun zərbəsini Sissoko çətinliklə dəf edir.
26. Jabanın təxminən 20 metrdən vurduğu zərbəni rəqib qapıçı tutur.
20. QOOl. Jaba müdafiəçilərin səhvindən istifadə edərək topu qapıya göndərir.
14. "Standard" hesabı bərabərləşdirə bilərdi. Gözəl qurulmuş kombinasiyanı Zeynal Zeynalov qapıya zərbə ilə tamamladı. Top qapının azacıq yanından keçdi.
7. QOOl. "Bakı" hesabı açdı. Bəxtiyar SOltanov topu qapıdan keçirdi.
Böyükağa Hacıyev Romal Hüseynova əsas heyətdə şans verib.
"Bakı"nın qapısını Xalidu Sissoko qoruyur.
Matç başladı.
14:00 "Turan" - "Neftçi" 2:3
Tovuz şəhər stadionu
Hakimlər: Əfqan Həmzəyev, Azər Məmmədov, Habil Əliyev, Ramil Diniyev
Matç bitdi.
Tovuzlu azarkeşlər komandasının bu cür oyununa etiraz əlaməti olaraq, tribunalardakı oturacaqları sındırır.
85. QOOl. Adrean Neaqa komandasının qələbə topunu vurur.
83. QOOL. Dmitri Kruqlov hesabı bərabərləşdirir.
Meydanda maraqlı anlar yaşanır. "Turan" qəsdən oynamamağa başlayıb. Azarkeşlər bu səbəbdən futbolçulara təhqiramiz ifadələr işlədir.
63. Samir Əliyevin zərbəsini "Turan"ın qapıçı dəf edir.
60. Cavid Tağıyevin zərbəsi qapı tirindən döndü.
57. QOOL. Adrian Neaqa hesab arasındakı fərqi azaldır.
İkinci hissə başladı.
İlk hissə başa çatdı.
40. "Turan"ın qapıçısı Kamal Bayramov iki epizodda komandasını real qoldan xilas edir.
26. QOOl. Cavid Tağıyev
24. "Turan" hesabı açdı. Komandanın moldovalı futbolçusu Oleq Xromtsov topu qapıya göndərdi.
Matç başladı.
04 dekabr (cümə)
"Olimpik-Şüvəlan" - "Karvan" 4:0
"Şəfa" stadionu
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, İsgəndər Əliyev, Vüsal Əliyev
Bununla da Nazim Süleymanov "Olimpik-Şüvəlan"ın baş məşqçisi qismində ilk qələbəsini qazandı.
Oyun başa çatdı.
86. Qarşılaşmanın sonlarında oyunun tempi xeyli aşadağı düşüb.
73. "Olimpik-Şüvəlan" dördüncü qolu vura bilərdi. Lakin Doroşun zərbəsi qeyri-dəqiq alındı.
66. QOL. Nuqzar Kvirtiya dördüncü qolu "Karvan"ın qapısından keçirdi.
62. "Karvan" daha bir zərbə aldı. Ömər Berdiyev qırmızı vərəqə alaraq, komandasını çətin vəziyyətdə qoydu.
58. "Karvan" hesab arasındakə fərqi azaltmaq üçün irəli atılsa da, rəqibin müdafiəsini yara bilmir.
52.QOLLL. Hesab artıq 3:0 "Olimpik-Şüvəlan"ın xeyrinədir. İnstkirveli avtoqola imza atdı.
50. QOLLL. "Olimpik-Şüvəlan" ikinci hissəyə qolla başladı. Anatoli Doroş ikinci qolu rəqib qapısından keçirdi. Bununla da moldovalı futbolçu cari mövsümdə yeddinci qolunu vurdu.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
43. "Olimpik-Şüvəlan" ikinci qolu vurmağa yaxın idi. Lakin "Karvan"ın qapıçısı son anda moldovalı futbolçuya sevinmək imkanı vermədi.
39. "Karvan" hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin Fereyra təkbətəkdənn yararlana bilmədi.
33. "Olimpik-Şüvəlan" ikinci qolu vura bilərdi. Lakin Tərlan Xəlilovun zərbəsi qapıdan aralı keçdi.
27. Oyunda üstünlük hələ də "Olimpik-Şüvəlan"ın tərəfindədir.
15. Qoldan sonra da meydan sahibləri hücumlarını davam etdirirlər. "Karvan" isə bir qədər geriyə çəkilərək, rəqibi əks hücumda yaxalamağa çalışır.
8. QOLLL. "Olimpik-Şüvəlan" hesabı açdı. Draqan Mandiç topu rəqib qapısından keçirdi. Bu, "təyyarəçilər"in Nazim Süleymanovun rəhbərliyi altında vurduğu ilk qol kimi tarixə düşdü.
6. Oyun sakit tempdə başlayıb. İlk dəqiqələrdə qapılar qarşısında real qol epizodu yoxdur.
Oyun başladı.
TURNİR CƏDVƏLİ
1 |
"İnter" |
13 |
8 |
3 |
2 |
25-13 |
27 |
2 |
"Qarabağ" |
13 |
8 |
3 |
2 |
13-7 |
27 |
3 |
“Simurq” |
13 |
7 |
4 |
2 |
16-10 |
25 |
4 |
"Neftçi” |
13 |
7 |
2 |
4 |
13-9 |
23 |
5 |
"Xəzər Lənkəran” |
13 |
6 |
5 |
2 |
17-7 |
23 |
6 |
"Qəbələ” |
13 |
6 |
4 |
3 |
17-15 |
22 |
7 |
"Bakı" |
13 |
6 |
2 |
5 |
12-13 |
20 |
8 |
"Olimpik-Şüvəlan” |
13 |
4 |
4 |
5 |
15-15 |
16 |
9 |
"Muğan” |
13 |
3 |
3 |
7 |
7-17 |
12 |
10 |
"Turan " |
13 |
3 |
2 |
8 |
17-21 |
11 |
11 |
"Standard” |
13 |
1 |
2 |
10 |
12-24 |
5 |
12 |
"Karvan” |
13 |
1 |
2 |
9 |
10-23 |
5 |
"Napoli"nin yay planı
Morata nəyə görə peşmandır?
2-ci Liqa matçında 6 qol - Video
"Mövsümün sonunda onun gələcəyi ilə bağlı qərar verəcəyik"
Mançester nəhəngləri saxtakarlıqda şübhəli bilinirlər
Komandası ardıcıl üç oyun uduzdu, istefaya göndərildi
Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başladı
Emrelinin bu addımı müzakirəyə səbəb oldu
Kubokda yarımfinalın cavab oyunları bu tarixdə keçiriləcək
Azərbaycan derbisinin vaxtı müəyyənləşdi
Millimiz Moldova ilə bərabərə qaldı
"Napoli" 8 futbolçu transferinə hazırlaşır
Monteneqro millisinin sabiq futbolçusu vəfat etdi
2-ci liqada 17-ci tura yekun vuruldu
Tuhel hücum futbolu oynayacaqlarını bildirdi
AFFA rəhbərliyi Oqtay Abdullayevi təbrik etdi
"Neftçi"nin şikayəti təmin edilmədi
Sağ futbolçunu bir dəqiqəlik sükutla yad etdilər
"Bayer"in futbolçusu üçün mövsüm bitdi
Ronaldonu formada saxlayan bu yemək imiş
AFFA bölgə komandasını yarışlardan kənarlaşdırdı
40 yaşında "Real”la yeni müqavilə bağlamaq istəyir
Tanınmış idman adamları bu komissiyada yer aldılar - Şəkil
"Qarabağ" və "Sabah" cərimələndi
“Hiss etdim ki, mənə hörmət etmir” - Kurtua
PSJ-dən Yamala rekord təklif
Kapitan Azərbaycan millisi ilə oyunu buraxacaq
Haiti millisi Mərdəkanda məşqə çıxdı - Şəkillər
Qattuzo canlı yayımda şərhçi ilə mübahisə etdi - Video
Azərbaycan çempionatında baş məşqçi ayrılığı
Mbappe futbolu tərk etmək barədə düşünüb?
"Biz ÇL-in favoritiyik"
Şəmkirdə 2 qol vuruldu, qalib bilinmədi - Video
"Çelsi"nin ulduzu İngiltərə millisinin heyətindən çıxarıldı
Yunanovdan poker, "Şəfa"dan 10 qol - Video
2-ci Liqada 17-ci tura start verildi
Yamal millisinin tarixində ilk oruc tutan futbolçu oldu
Millimiz ilk məşqinə çıxdı - Şəkillər
Mbappe: "Rodri "Qızıl Top"a layiq idi?"
Hələ də "Tottenhem"ə qayıtmaq istəyir
Türkiyə - Macarıstan oyununun hakimləri
Mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacaq
Van Deyk ABŞ-ı seçdi
Azərbaycanda ayın ən yaxşı qolları müəyyənləşdi