FOQTS BAKIYA MÜQAVİLƏ İMZALAMAĞA GƏLİR

FOQTS BAKIYA MÜQAVİLƏ İMZALAMAĞA GƏLİR
ÖLKƏ FUTBOLU 3 Dekabr 2009 / 13:01 2119
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqts bu gün axşam Bakıya gələcək. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Onun sözlərinə görə, almaniyalı mütəxəssis həftə sonu keçiriləcək ölkə çempionatının bəzi qarşılaşmalarını canlı olaraq, stadiondan izləyəcək. M.Nərimanoğlu Foqtsun rəsmi müqaviləyə imza atması barədə də danışdı: “Bildiyiniz kimi, Foqts hələ keçən dəfə Bakıda olarkən AFFA prezidenti Rövnəq Abdullayevlə görüşərək, yeni müqavilə barədə bütün detalları razılaşdırıb. Yəni, onun qarşıdakı iki ildə də Azərbaycan milli komandasına başçılıq edəcəyi şübhə doğurmur. Yalnız rəsmi müqaviləyə imza atmaq qalıb. Bu da qarşıdakı günlərdə baş tutacaq”.

Son xəbərlər