"Olimpik-Şüvəlan"da yeni məşqçi

"Olimpik-Şüvəlan"da yeni məşqçi
ÖLKƏ FUTBOLU 3 Dekabr 2009 / 12:35 2041
-  A +

2006-2007-ci illərdə "Olimpik-Şüvəlan"da məşqçi vəzifəsində çalışan Səmədağa Şıxlarov yenidən komandaya qayıdıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bundan sonra klubda seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək Səmədağa Şıxlarovla artıq müqavilə imzalanıb. O, həm də, məşqçilər korpusunda yer alaraq baş məşqçi Nazim Süleymanova yardım edəcək. Qeyd edək ki, Şıxlarovun sonuncu iş yeri "Neftçi" olub.

Son xəbərlər