“Xəzər Lənkəran”a qarşı oyunumuz çox maraqlı və gərgin alındı. Tam əminliklə deyirəm - biz “Xəzər Lənkəran”dan üstün oyun göstərdik. Qələbəyə layiq idik”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri dünən Unibank Premyer Liqanın birinci turundan təxirə salınan “Xəzər Lənkəran” - “Bakı” oyunu haqda danışarkən “zolaqlılar”ın baş meneceri Zeynal Məmmədov deyib. Klub rəsmisi yaxşı oynamalarına baxmayaraq, qələbə qazana bilməmələrinin səbəbini belə izah edib: “Heç nədən qol buraxdıq və nəticədə oyun heç-heçə başa çatdı. “Xəzər Lənkəran”ın cəmi bir dəfə qol vurmaq imkanı oldu və bundan da faydalandılar. Komandamıza gəlincə, dəfələrlə fərqlənmək şanslarımız olsa da, cəmi birindən istifadə edə bildik. Fabio, Adamiya, Borets imkanları boşa verdilər”.
Zeynal Məmmədov sonda komandalar arasında bazar günü ikinci dövrə çərçivəsində keçiriləcək oyunda “Bakı”dan yalnız qələbə gözlədiyini bildirib: “Bu dəfə yalnız qələbə qazanmalıyıq. Başqa nəticədən söhbət gedə bilməz. İnanıram ki, Bakıda Lənkərandakı oyunu göstərsək, rəqibi mütləq məğlub edəcəyik. Komandamız tədricən “uğursuzluq zolağı”ndan çıxır. Allahın köməyi ilə yaxşı olar. Lənkərandakı oyunu göstərsək, “altılıq” nədir, daha irəli gedə bilərik”.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video