Dünən keçirilən “Xəzər Lənkəran” - “Bakı” oyunuyla Unibank Premyer Liqada birinci dövrəyə yekun vuruldu. Qol.Az-ın məlumatına görə, Lənkəran təmsilçisi ilk dövrədə rəqib qapılarından 13 qol keçirib. Qolların hamısına da 4 legioner imza atıb. Lalin 5, Kalinkov 4, Souza 3, Svetkov isə 1 dəfə rəqib qapılarına yol tapıb. “Xəzər Lənkəran”ın heyətində 20 futbolçu var ki, (qapıçıları çıxmaq şərtiylə) onlardan da 7-i yerli oyunçulardır. Lakin Ruslan Poladov, Ceyhun Sultanov, Ramazan Abbasov, Nizami Hacıyev, Alim Qurbanov, Rəşad Kərimov və Rahid Əmirquliyevdən heç biri rəqib qapısına yol tapmağa müvəffəq olmayıb.
“Qarabağ”ın heyətində isə əksinə, 10 qolun hamısına yerli futbolçular imza atıb. Bu da normaldır. Çünki Ağdam klubunun heyətində yalnız bir əcnəbi var ki, o da - Admir Teli müdafiəçidir.
Eyni zamanda “İnter”, “Bakı”, “Olimpik-Şüvəlan” və “Simurq”un da qollarının böyük hissəsini legionerlər vurub.
“Olimpik-Şüvəlan”ın 11 qolundan yalnız birinə (Tərlan Xəlilov), “Simurq”un 15-qolundan 3-nə (Elşən Məmmədov), “Bakı”nın 8 qolundan birinə (Bəxtiyar Soltanov) və “İnter”in 22 qolundan ikisinə (Samir Abbasov) yalnız bir yerli futbolçu imza atıb. “İnter” və "Simurq"un heyətində daha bir qolun müəllifi olan Vladimir Levinlə Sergey Sokolov milliləşərək, milli komandamızın heyətində çıxış etsələr də, Levin əslən ukraynalı, Sokolov isə rusiyalıdır.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video