Futzal üzrə UEFA kubokunun elit raundunun Bakıda təşkil olunan D qrupunda bu gün ikinci turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, günün ilk qarşılaşmasında Qazaxıstan çempionu “Kayrat” “Nikars”ı sınağa çəkib. Qazaxıstan çempionu Bakıdakı ardıcıl ikinci oyununda 3:2 hesabıyla qalib gəlib. Daha sonra isə meydana “Araz” çıxıb. Çempionumuz bu dəfə Yunanıstan birinciliyinin qalibi “Atina-90” klubuyla qarşılaşıb. Matç Naxçıvan klubunun 7:0 hesablı qələbəsiylə başa çatıb. .
Xatırladaq ki, dünən keçirilən ilk turun oyunlarında “Araz” “Nikars”ı 7:1 hesabıyla darmadağın edib. “Kayrat” isə “Atina-90”a çətinliklə (3:2) qalib gəlib.
“Araz” (Azərbaycan) - “Atina-90” (Yunanıstan) 7:0
Oyun başladı
QOL. Nəhayət ki, 9-cu dəqiqədə “Araz” istəyinə çatdı. Maşado yunanların müdafiə xəttini yarmağa müvəffəq oldu.
QOL. Maşado özünün və komandasının ikinci qolunu vurdu.
QOL. Bir dəqiqə ərzində iki qol vuran Maşado het-trikə imza atır. Çempionumuz artıq 3:0 hesabıyla öndədir.
Birinci hissə başa çatdı.
İkinci hissə başladı.
QOL. "Araz" ikinci hissəyə də qolla başladı. Rizvan Fərzəliyev fərqləndi.
QOL. "Araz" beşinci qolu rəqib qapısından keçirdi. Qol vurmaq növbəsi Natiq Məmmədkərimova çatdı.
QOL. Hesab artıq 6:0 çempionumuzun xeyrinədir. Natiq dublunu rəsmiləşdirdi.
QOL. Elnur Qəmbərov çempionumuzun yeddinci qolunu vurdu.
Oyun başa çatdı.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi