Bu gün FİFA milli komandaların növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, ötən ayla müqayisədə 9 pillə irəliləyən milli komandamız hazırda 116-cı pillədə qərarlaşıb. Millimizin aktivində 237 xal var. Bu isə ötən ayla müqayisədə 24 xal çoxdur.
Millimiz sıralamada Qazaxıstan, Gürcüstan, Lüksemburq, Türkmənistan, Lixtenşteyn, Qırğızıstan və Tacikistan kimi komandaları qabaqlayır.
Uzun fasilədən sonra FİFA reytinqinin zirvəsində dəyişiklik baş verib. Sonuncu Avropa çempionu İspaniya Braziliyanı geridə qoyaraq, birinci pilləyə yüksəlib. Braziliya ikinci, Hollandiya isə üçüncüdür. Sonuncu dünya çempionu İtaliya dördüncü, Portuqaliya beşinci, Almaniya altıncı, Fransa yeddinci, Argentina isə səkkizincidir. “İlk 20-lik”də həmçinin İngiltərə, Xorvatiya, Kamerun, Yunanıstan, Rusiya, ABŞ, Meksika, Fil Dişi Sahili, Çili, İsveçrə, Uruqvay və Serbiya milliləri yer alır.
Millimizin Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq tunirdə məğlub etdiyi Çexiya millisi isə ötən ayla müqayisədə 8 pillə geriləyərək, 25-ci yerə enib. Türkiyə millisi də 2 pillə geriləyib və hazırda 41-cidir.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi