Milli komandamızın və “Qarabağ”ın aparıcı hücumçusu Vaqif Cavadov Rusiya və Hollandiya klublarının maraq dairəsindədir. 20 yaşlı futbolçunun transferi ilə məşğul olan atası, veteran futbolçu Füzuli Cavadov oğlu ilə maraqlanan xarici klubların adlarını açıqlayıb: “Vaqifin ölkə xaricinə getməsində, demək olar ki, ortaq məxrəcə gəlmişik. Hazırda Vaqiflə əsasən Rusiya klubları maraqlanırlar. Vaqif barəsində mənə müraciət etdilər və bunu müsbət cavablandırdım. Vaqifin paytaxt Moskvanı təmsil edən bütün klublarda oynamaq potensialı var. Yəni oğlumun MOİK-ə, “Spartak”a, “Dinamo”ya keçməsi mümkündür.Rusiyanın digər klubları ilə işimiz yoxdur. Çünki əyalət təmsilçilərinin heyətində səviyyəli oyunçular çox azdır. Bəziləri Vaqif, bəziləri isə Vaqifdən aşağı səviyyəli oyunçulardır. Həmin mühitdə inkişaf etmək çətindir, bəlkə də mümkün deyil. Futbolçu da insandır. O da düşdüyü mühitdə formalaşır. Razılaşaq ki, hazırda “Qarabağ”ın digər oyunçuları Vaqifin ötürmələrindən sonra qol vurur və ya Vaqif özü özünün fərqlənməsinə zəmin yaradır. O, elə bir kluba getməlidir ki, başqalarının hesabına oynasın. Avropa Liqasının oyunlarından sonra Hollandiyanın “Tvente” klubu da oğlumun xidmətində maraqlıdır. Mən onun sözügedən kluba keçməsinin əleyhinə deyiləm. Bizim hədəfimiz Vaqifin xarici kluba keçidini təmin etməkdir. Əlbəttə ki, legioner oyunçu müəyyən dövrdə problem yaşayacaq. Amma Vaqifin artıq bu sahədə təcrübəsi var və onunla dəfələrlə bu barədə söhbət etmişəm”.
Mənbə: "Çempion" qəzeti
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi