Bu gün “Neftçi” klubunun rəhbərliyi jurnalistlərlə dəyirmi masa ətrafında görüş keçirib. Klubun ofisində təşkil olunan tədbirə bir sıra mətbu orqanların nümayəndələri qatılıblar. “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov jurnalistlərlə görüşünün əsas məqsədini açıqlayıb. Onun sözlərinə görə, futbolun inkişafında mətbuatın rolu böyük olsa da, maddi-texniki baxımdan kifayət qədər problemləri var. Bu səbəbdən, T.Süleymanov şəxsən öz adından İdman Mətbuatına Yardım Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. O bildirib ki, bu fonda klublar tərəfindən üzvlük haqqı şəklində vəsait toplanılacaq və həmin vəsait idman mətbuatının problemlərinin həllinə sərf olunacaq. “Neftçi” rəsmisinin fikrincə, bu təklifi digər klublar da dəstəkləməyə hazırdır.
Jurnalistlər də ümumilikdə təklifə müsbət yanaşıblar. Eyni zamanda, onlar fondla bağlı bəzi məqamların müzakirəyə ehtiyacının olduğunu söyləyiblər. T.Süleymanov isə mətbuat işçilərinin tezliklə ortaq məxrəcə gələcəklərinə ümid etdiyini bildirib.
Mənbə: lent.az
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi