Dünya çempionatının seçmə mərhələ - play-off qarşılaşmalarından sonra 2012-ci il Avropa çempionatının seçmə mərhələsindəki potensial rəqiblərimizin kimliyi dəqiqləşib. Qol.Az-ın məlumatına görə, milli komandamız sonuncu - altıncı səbətdə yer alacaq. Bu isə o deməkdir ki, Lüksemburq, Malta, Farer adaları, Andorra və San Marino millimizlə eyni qrupda yer almayacaq. Eyni zamanda milli komandamızın 6 komandalı qrupda yarışacağı da dəqiqdir. Səbətlərin tərkibi aşağıdakı kimidir:
1-ci səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Xorvatiya, Portuqaliya, Fransa, Rusiya
2-ci səbət: Yunanıstan, Çexiya, İsveç, İsveçrə, Serbiya, Türkiyə, Danimarka, Slovakiya, Rumıniya
3-cü səbət: İsrail, Bolqarıstan, Finlandiya, Norveç, İrlandiya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Bosniya və Hersoqovina
4-cü səbət: Sloveniya, Latviya, Macarıstan, Litva, Belarus, Belçika, Uels, Makedoniya, Kipr
5-ci səbət: Çernoqoriya, Albaniya, Estoniya, Gürcüstan, Moldova, İslandiya, Ermənistan, Qazaxıstan, Lixtenşteyn
6-cı səbət: Azərbaycan, Lüksemburq, Malta, Farer adaları, Andorra, San Marino
Ümumilikdə seçmə mərhələdə yarışlar 9 qrupda keçiriləcək. Qrupların 6-da 6, 3-də isə 5 komanda yarışacaq. Avropa çempionatına qrup qalibləri və ikinci yeri tutan komandalar arasında ən yaxşı göstəriciyə malik olan komanda birbaşa vəsiqə qazanacaq. Digər ikinci yerin sahibləri isə play-off mərhələsində gücünü sınayacaq və qaliblər qitə birinciliyinə yüksələcək.
Xatırladaq ki, seçmə mərhələnin püşkatma mərasimi gələn il fevralın 7-də Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi