Berti Foqts: “Bu qələbədə komandanın fiziki cəhətdən güclü olması böyük rol oynadı”

Berti Foqts: “Bu qələbədə komandanın fiziki cəhətdən güclü olması böyük rol oynadı”
ÖLKƏ FUTBOLU 18 Noyabr 2009 / 19:16 2379
-  A +

“Mən çox şadam ki, biz Çexiya millisi üzərində qələbə qazandıq. Bu qələbədə komandanın fiziki cəhətdən güclü olması böyük rol oynadı”. Qol.Az-ın məlumatına görə, bu sözləri BƏƏ-də keçirilən beynəlxalq turnir çərçivəsində bu gün baş tutan Çexiyayla oyundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis xüsusən ikinci qola çox sevindiyini bildirib. Səbəbini isə belə izah edib: “Çünki biz bu cür tapşırıq üzərində xeyli müddət idi çalışırdıq. Nəhayət ki, bu oyunda istəyimizə nail olduq”.


Son xəbərlər
18.03.25  16:16

Van Deyk ABŞ-ı seçdi