Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində təşkil olunan beynəlxalq turnirdə üçüncü yer uğrunda oyunda Azərbaycan və Çexiya milli komandaları qarşılaşdı. Qol.Az saat 16:30-dan etibarən Azərbaycan - Çexiya oyunundan canlı-mətn reportaj yayımladı.
BƏƏ, Beynəlxalq turnir
III yer uğrunda görüş
Azərbaycan - Çexiya 2:0
Əl-Ayn şəhəri. «Tahnoun Bin Mohammed» stadionu
Azərbaycan: Fərhad Vəliyev, Elnur Allahverdiyev, Vladimir Levin, Ruslan Abışov, Maksim Medvedev, Aleksandr Çertoqanov, Samir Abbasov, Mahir Şükürov, Elvin Məmmədov, Fabio Luis Ramim, Vaqif Cavadov
Çexiya: Tomaş Qriqar, David Limberski, Yan Raynox, Yan Şimunek, Daniel Pudil, Marek Mateyvski, Mario Qolek, Mario Liçka, Yan Blajek, Lukas Maqera, Mixael Papadopulos
Millimiz güclü Çexiyanı məğlub edərək, beynəlxalq turnirin üçüncüsü oldu.
Oyun başa çatdı.
90+1. Fərhad Vəliyev növbəti dəfə çıxışda inamlı oynayaraq, qapısının toxunulmazlığını qorudu.
90. Millimizin heyətində daha bir dəyişiklik. Elvin Məmmədovu Ernani Pereyra əvəzlədi.
89. QOLLLLLLL. Millimiz ikinci qolu vurdu. Ruslan Abışov künc zərbəsindən sonra başla ikinci topu çexlərin qapısından keçirdi.
87. Son dəqiqələr tamamilə millimizin üstünlüyü şəraitində keçir. Millimiz güclü Çexiya komandası üzərində qələbə qazanmağa çox yaxındır.
84. Mahir Şükürovun təhlükəli zərbəsini rəqib qapıçı tuta bildi.
83. Millimizin heyətində əvəzetmə baş verir. Fabio Luis Ramimi Vüqar Nadirov əvəzləyir.
80. Çexiyanın heyətində Qaleki Rozeqnal əvəzlədi.
75. Rəqibimizin heyətində daha bir əvəzetmə. Blajeki Fillo əvəzlədi.
74. Çexiya millisinin heyətində dəyişiklik baş verdi. Mateyvskini Sveç əvəzlədi.
70. Mahir Şükürovun ötürməsi istədiyi kimi alınmadı. Əks halda hesab arasındakı fərq arta bilərdi.
67. Millimiz ikinci qolu vurmağa çox yaxın idi. Lakin Tomaş Qriqar son anda Fabio Luis Ramimin zərbəsini tuta bildi.
66. Mateyvskinin zərbəsini Fərhad çətinlik çəkmədən tutdu.
65. Çexiya millisinin heyətində ilk əvəzetmə. Lukas Maqeranı Tomaş Neçid əvəzlədi.
63. Millimiz rəqibi üçə-üç yaxaladı. Lakin Ramim ötürmə verməyə yubandı və nəticədə hücum istənilən kimi alınmadı.
61. Millimiz ikinci hissədə ilk təhlükəli hücumunu qurdu. Lakin Vaqif Cavadov Elvin Məmmədovun ötürməsindən lazımınca yararlana bilmədi.
60. Çexlərin növbəti hücumu təhlükəli alındı. Lakin Ruslan Abışov vaxtında topa müdaxilə etdi.
57. Çexiya millisi hesabı bərabərləşdirməyə yaxın idi. Lakin Papadopulosun başla zərbəsi qapının yanından keçdi.
52. Rəqib müdafiəçinin qapıçıya doğru ötürməsi qısa düşdü. Lakin Qriqar Elvinin topa yiyələnməsinə imkan vermədi.
50. Papadopulosun cərimə meydançamıza ötürməsi təhlükəli alındı. Lakin Maksim Medvedev topu uzaqlaşdırmağa müvəffəq oldu.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45+2. Maqeranın zərbəsi qapıdan aralı keçdi.
45. Hakim birinci hissənin sonuna 3 dəqiqə əlavə etdi.
45. Millimiz künc zərbəsi yerinə yetirsə də, rəqib komanda təhlükəni sovuçdura bildi.
Topa nəzarət faizlə 53-ün 47-ə çexlərin tərəfindədir.
43. Çexiya millisinin hücumu təhlükəli alındı. Lakin Fərhad Vəliyev yerindədir.
41. Son 5-6 dəqiqə ərzində çexlər oyuna nəzarət edir. Millimiz isə bir qədər arxaya çəkilərək, əks hücuma bel bağlayır.
34. Çexlər hesabı bərabərləşdirməyə çox yaxın idilər. Lakin Pudilin zərbəsi qapının üstündən keçdi.
33. Raynoxın zərbəsi qapıdan aralı keçdi.
32. Aleksandr Çertoqanov zədələnərək, meydanı tərk etdi. Onu Rəşad Sadiqov əvəzlədi.
29. Millimizin daha bir üzvü sarı vərəqəylə cəzalandı. Bu dəfə Samir Abbasov "fərqləndi".
27. Çertoqanovun ötürməsi qeyri-dəqiq alındı.
25. QOLLLL. Millimiz hesabı açır. Maksim Medvedevin ötürməsindən sonra Vaqif Cavadov başla möhtəşəm qola imza atdı.
21. Millimiz rəqib qapısı qarşısında təhlükə yarada bildi. Lakin Maksimin ötürməsinə Samir Abbasov toxuna bilmədi.
15. Vəliyev bu dəfə də inamlı oynadı.
13. Mateyvskinin zərbəsini Fərhad tutdu.
Milli komandamızın baş məşqçisi Berti Foqts hakimlə mübahisə edir. Referi isə almaniyalı mütəxəssisi sakitləşdirməyə çalışır. Meydanda maraqlı vəziyyət yaşandı. Baş hakimi Berti Foqts və köməkçilərindən paltarlarını dəyişməyi tələb etdi. FİFA referisinin istəyi yerinə yetirildiyindən, oyunu davam edir.
8. Bu dəfə də millimizin heyətində Maksim Medvedev sarı vərəqəylə cəzalandı.
6. Millimiz qapıya doğru ilk zərbəni endirdi. Lakin Mahirin zərbəsi qapının üstündən keçdi.
5. Çexiya millisi təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirdi. Lakin hər şey millimiz üçün yaxşı qurtardı.
3. Ruslan Abışov sarı vərəqəylə cəzalandı.
1. Çexiya millisi oyuna fəal başlayıb. Fərhad Vəliyev artıq ilk dəqiqədə oyuna qoşuldu.
Oyun başladı.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video