"Çox çətin oyun keçdi. Əlimizdən gələni etdik ki, turnir cədvəlində "Simurq"u qabaqlayıb beşinci yeri tutaq. Düşünürəm ki, 10 nəfər qalmağımıza baxmayaraq, yaxşı oynadıq, layiqli mübarizə apardıq".
Bu sözləri Qol.Az-a açıqlamasında AZAL-ın futbolçusu Kərim Diniyev Azərbaycan Premyer Liqasının 35-ci turunda "Neftçi" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra deyib.
Gənc futbolçu "İnter"də çıxış edən qardaşı Coşqun Diniyevin "Qarabağ"a keçidinə və atası Şahin Diniyevin "Kəpəz"ə baş məşqçi təyin olunmasına münasibət bildirib:
"Meydanda oyunçu sayı bərabərləşən kimi hesabda da tarazlıq yarandı. Hakimə qarşı narazılıqlarımız olsa da, bu oyunda olan emosiyalar idi və meydanda da qaldı. Qardaşım Coşqun Diniyevə gəlincə, o, Azərbaycanın ən yaxşı komandasına transfer oldu. Ümid edirəm ki, özünü yaxşı tərəfdən göstərərək yeni komandası ilə uğur qazanacaq. Hər bir futbolçu istəyər ki, Çempionlar Liqasında oynayacaq komandaya keçsin. Bu, böyük uğurdur. Futbolçu kimi qısqansam da, qardaş kimi onun uğurlarına çox sevinirəm.
Atama da "Kəpəz"də uğurlar arzulayıram. Onun "Kəpəz"dəki ilk işi yaxşı alınmışdı. Düşünürəm bu dəfə ki işi də yaxşı alınacaq. "Kəpəz"ə transfer olmaq ehtimalım yoxdur. Çünki yenicə AZAL-la 2 illik müqavilə imzaladım. Amma gələcəkdə müqaviləm bitəndən sonra "Kəpəz"də oynamaq istəyərəm".
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video