"İclas keçirildi, komandanın baş məşqçisi, Müşahidə Şurasının üzvləri təsdiqləndi. İnanıram ki, "Kəpəz" ölkə çempionatında Gəncəni layiqincə təmsil edəcək".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri "Kəpəz" klubunun icraçı direktoru Mehman Allahverdiyev deyib.
Yeni strukturla bağlı məlumat verən klub rəsmisi Premyer Liqadakı iddialarından danışıb. O bildirib ki, komandanın hədəfi turnir cədvəlinin ilk 6 pilləsində qərarlaşmaqdır: "Ancaq bu futboldur və gözlənilməz nəticələr çox olur. Mənim ilk məşqçilik karyeramda hədəfimiz ilk 6-lıqda qərarlaşmaq idi. Ancaq biz 3-cü yeri tutduq və kubok qazandıq. Çalışacağıq ki, elitada yaxşı nəticə qazanaq və qismət olarsa, Avropa Liqasına da gedərik".
M.Allahverdiyev komandaya yeni transferlərin olacağını da deyib. Onun sözlərinə görə, Gəncə təmsilçisi üstünlüyü yerli futbolçulara verəcək: "Transfer etmək bir az çətin olacaq. Çünki yerli futbolçuların əksəriyyəti digər komandalardadır. Bu işlərin hamısı baş məşqçimiz Şahin Diniyevə həvalə olunub. Gəncənin adına uyğun komanda formalaşdırılmalıdır. Klubumuz peşəkarlardan təşkil olunub və istərdik ki, güclü futbolçular transfer edək".
İcraçı direktor klub büdcəsinin hələ təsdiqlənmədiyini söyləyib. Sponsorlarla danışıqların getdiyini vurğulayan M.Allahverdiyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də kluba dəstək verəcəyinə inandığını bildirib.
Klub rəsmisi komandanın ev oyunlarını keçirəcəyi stadionla bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, Gəncədə yerləşən stadionda təmir işləri aparılacaq: "Stadionda güclü işlər gedəcək və təmir olunacaq. İcra başçısı ilə bu barədə söhbətimiz olub. Ola bilsin ki, ev oyunlarımızı müvəqqəti olaraq Yevlax şəhər stadionunda keçirək. Bu, mümkün olmayacağı təqdirdə, bir neçə oyunu "Dalğa Arena"da keçirəcəyik. amma bu, daimi olmayacaq".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi