"Karyeramı harada davam etdirəcəyimi deyə bilmərəm. Amma istənilən halda "İnter"ə qayıtmayacağam".
Qol.Az-ın Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Bakının "İnter" klubundan ayrılan Aleksandr Amisulaşvili deyib.
İki gün əvvəl Bakıdan Tbilisiyə qayıtdığını söyləyən gürcüstanlı müdafiəçi futbolçuların yığmaya hazırlaşdıqlarını və bu səbəbdən formalarını itirməməyə çalışdıqlarını bildirib. O, komanda yoldaşları Baçana Tsxadadze, Georgi Lomaya və Laşa Salukvadzenin Bakı klubu ilə müqavilələrinin bitdiyini də vurğulayıb.
"Hələ ki, heç bir klubdan təklif almamışam. Ümid edirəm ki, komandanın digər üzvləri tezliklə yeni iş yeri tapa biləcəklər" - A.Amisulaşvili bildirib.
Qeyd edək ki, son aylar ciddi maliyyə problemi ilə üzləşən "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze və 4 futbolçu - Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Georgi Lomaya və Baçana Tsxadadze vətənləri Gürcüstana qayıdıblar. (report.az)
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi