Premyer Liqanın sonuncu iştirakçısı müəyyənləşdi

Premyer Liqanın sonuncu iştirakçısı müəyyənləşdi
XƏBƏR 25 May 2015 / 21:11 5713
-  A +

Yeni mövsümdən İngiltərə Premyer Liqasında oynamağa vəsiqə qazanan sonuncu - üçüncü klub da müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, bu, "Norviç Siti"dir. Sözgedən komanda İngiltərə birinci liqasının pley-off finalında "Midlsbro"ya 2:0 hesabı ilə qalib gələrək yüksək liqada oynamaq hüququ qazanıb.

Qeyd edək ki, bundan əvvəl "Bornmut" və "Uotford" klubları  İngiltərə Premyer Liqasına  oynamağı təmin edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner