“Qəbələ”nin 11 yaşlılardan (2004-cü il təvəllüdlü) ibarət komandası Almaniyada keçirilən ənənəvi “Lenser Pfingct Cup” beynəlxalq turnirində iştirak edib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Yaşar Abuzərovun komandası mayın 23-24-də Düsseldorf şəhərində 150 komandanın 30 qrupda mübarizəyə başladığı yarışda qüvvəsini sınayıb. “Qəbələ” turnirin I mərhələsində 11-ci qrupda çıxış edib. “Qırmızı-qaralar” ilk oyunda İngiltərənin “Liverpul” klubuna 0:3 hesabı ilə uduzsa da, növbəti 3 matçda Almaniya komandalarından 7 xal ala bilib. TSV “Neu Ulm” ilə qolsuz heç-heçədən sonra komanda “Ratenger SpVgg 04/19”i 5:0 hesabı ilə məğlub edib. Emil Süleymanov və Fuad Əhmədovun dubl etdiyi qarşılaşmada Rüfət Bədəlzadə 1 dəfə fərqlənib. Bu mərhələdəki son oyununda FC “Herdecke Ende”ni Elmir Hüseynlinin qolu ilə 1:0 məğlub edən “Qəbələ” qrupda 2-ci olub. Nəticədə komanda çempionluq uğrunda mübarizəsini növbəti mərhələdə də davam etdirib.
Əvvəlki mərhələdə eyni qrupda yer alan komandaların nəticələrinin saxlanıldığı növbəti raundda “Qəbələ” “Liverpul”, digər İngiltərə təmsilçisi “Kembric Yunayted” və Dortmund “Borussiya”sı ilə mübarizə aparıb. Britaniyalılara 0:2 hesabı ilə yenilən Abuzərovun futbolçuları almaniyalılarla qolsuz heç-heçə etsə də, qrupda 4-cü olub.
3-cü mərhələdə “qırmızı-qaralar” daha 3 oyuna çıxıb. Avstriyanın “Först Vyana” klubuna 1:2 hesabı ilə uduzan komandanın qolunu Elmir Hüseynli vurub. Belçika təmsilçisi “Voluv”u Cavad Kərimov, Emil Süleymanov və Fuad Əhmədovun qolları ilə 3:0 hesabı ilə məğlub edən Abuzərovun komandası mərhələnin son oyununda Köln “Fortuna”sından 2 cavabsız qol buraxıb. Qrupda 3-cü olan “Qəbələ” sonuncu mərhələyə “Pattesen” üzərində qələbə ilə başlayıb – 1:0. Yeganə qolu Elmir Qələndərov vurub. Hüseyn Hüseynzadənin fərqləndiyi Finlandiya “KuPS” ilə qarşılaşmada heç-heçə qeydə alınıb – 1:1. Turnirdəki son oyununda yenidən “Kembric Yunayted”lə üz-üzə gələn komanda 0:3 hesabı ilə uduzub, qrupda 2-ci olub.
Beləliklə, Almaniya səfəri başa çatan U-11 bu ölkədə 12 qarşılaşma keçirib. İlk xarici səfərinə çıxan 2004-cü il təvəllüdlü futbolçularımız turnir boyu bölgədə yaşayan azərbaycanlı azarkeşlərin dəstəyini hiss edib. “Qəbələ”nin oyunlarına gələn soydaşlarımız komandanı hər qarşılaşmada dəstəkləyiblər.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı