“Qəbələ”nin 11 yaşlılardan (2004-cü il təvəllüdlü) ibarət komandası Almaniyada ənənəvi beynəlxalq turnirdə iştirak edəcək.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın sabiq futbolçusu Yaşar Abuzərovun başçılıq etdiyi kollektiv mayın 23-24-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Lenser Pfingct Cup” turnirində mübarizə aparacaq.
İştirakçı baxımından Almaniya təmsilçilərinin üstünlük təşkil etdiyi turnirdə “Qəbələ” 11-ci qrupda yer alıb. “Qırmızı-qaralar” qrup mübarizəsində İngiltərənin “Liverpul”, eləcə də yerli TSV “Neu Ulm”, “Herdecke Ende”, “Ratenger SpVgg 04/19” kollektivləri ilə üz-üzə gələcək. Bu, 2004-cü il təvəllüdlü futbolçuların ilk xarici səfəridir.
Budəfəki turnirdə qalib adı uğrunda Almaniyanın “Borussiya”(Dortmund), “Şalke”, “Düsseldorf”, “Köln”, “Herta” və “Hannover-96”, İngiltərənin “Arsenal”, “Liverpul” və “Lyuton Taun“, Avstriyanın “Austriya”, “Rapid”, İsveçin “Hammarbyu” və “Malmö”, habelə “Portu” (Portuqaliya), ”Malaqa” (İspaniya), “Beşiktaş” (Türkiyə), “Slaviya” (Praqa, Çexiya), “San Paulo” (Braziliya) kimi adlı-sanlı klubları mübarizə aparır.
“Qəbələ” Almaniyaya bu heyətlə yollanacaq: Nail Kərimov (“Qəbələ” Futbol Akademiyasının direktor müavini), məşqçilər Yaşar Abuzərov, Anar Surxayev və Uğur Kurt, həkim İlkin Islamov, inzibatçılar Elçin Şahbazlı və Elçin Rzazadə. Futbolçular: Heybət Vəliyev, Emil Umarov, Elçin Kərimov, Səid Agazadə, Vüqar Cüməzadə, Fuad Əhmədov, Cavad Kərimov, Emil Süleymanov, Murad Hümbətov, Aslan Qarayev, Elmir Qələndərov, Elmir Şirinzadə, Səid Abdullayev, Hüseyn Hüseynzadə, Nuqay Rəşidov, Rüfət Bədəlzadə, Elmir Hüseynli, Nihad Xəlili, Okan Təhməzli.
Qeyd edək ki, “Qəbələ” U-11 futbol akademiyasının bu mövsüm ölkə hüdudlarından kənarda keçirilən beynəlxalq turnirdə çıxış edəcək növbəti kollektividir. Bunadək “Qəbələ”nin U-12, U-13, U-14, U-15 və U-17 komandaları xaricdə keçirilən beynəlxalq turnirlərdə iştirak ediblər.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi