Mayın 15-də birinci Avropa Oyunlarının məşəli Azərbaycanın səfalı guşələrindən olan Göygölə gətirilib.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Göygöl rayonunun Bayraq meydanında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospektində əllərində gül-çiçək, üçrəngli Azərbaycan bayraqları tutmuş minlərlə rayon sakini yürüş iştirakçılarını alqışlarla qarşılayıb.
Avropa Oyunlarının rəmzi qapısında Göygöl rayon peşə məktəbinin bədən tərbiyəsi müəllimi Təhminə Əliyeva birinci Avropa Oyunlarının məşəlini qəbul edib. Sonra respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı məşəli Heydər Əliyev prospektindən keçməklə, Heydər Əliyev Mərkəzinin qarşısında qurulmuş səhnəyə gətirib. Buraya toplaşanlar Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları alqışlarla qarşılayıblar.
Şəhər 1 nömrəli orta məktəbin bədən tərbiyəsi müəllimi, idman ustalığına namizəd Vüqar İbrahimov səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra məşəldən götürülmüş alovla yandırılan çıraq rayon sakinlərinə təqdim edilib. Bildirilib ki, bu çıraq ilk Avropa Oyunları başa çatana qədər Heydər Əliyev Mərkəzində yanacaq.
Rayon sakinləri birinci Avropa Oyunlarının məşəlinin Göygöldə alovlandırılmasını əsl bayram kimi qeyd ediblər.
Sonra birinci Avropa Oyunlarının məşəli Gəncəyə yola salınıb.
Yuxarı
Messi dubl etdi
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video