Rusiya rəsmi yığmasının üzvləri İlya Leonov, Andrey Buxlitski və Anton Şkarin birinci Avropa Oyunlarının çimərlik futbolu üzrə elçiləri seçiliblər.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Rusiya Çimərlik Futbolu Federasiyasının rəsmi saytında idmançılarla müsahibə yerləşdirilib. Hazırda Rusiya komandası, şəksiz ki, Avropada ən güclü komandadır. Odur ki, bu cür yüksək ad qazanan idmançılar öz təəssüratlarını bölüşüb, Bakıda yarışların başlanmasını intizarla gözlədiklərindən danışıblar.
Andrey Buxlitskinin sözlərinə görə, Avropa Oyunları çimərlik futbolu aləmində əlamətdar hadisədir. Bu Oyunlar ilk dəfə keçiriləcək və Rusiya komandası üçün yeni pillə olacaq. A.Buxlitski deyib: “Hələlik intizar içindəyəm, amma artıq başa düşürəm ki, bu, bütün qonaqlar, azarkeşlər və idmançılar üçün möhtəşəm hadisə olacaq. Eyni zamanda, orada iştirak etmək bizim üçün böyük məsuliyyət və şərəfdir.
Hesab edirəm ki, Bakıdakı Oyunlar çimərlik futbolunun Olimpiya ailəsinə üzv olması üçün addımdır. Mən daxilən bilirəm ki, bu, Olimpiadada yer tutmağa layiq olan maraqlı və baxımlı idman növüdür. Mən və Mixail Lixaçov artıq bir dəfə Olimpiya hərəkatına qoşulmuşuq – Soçidə Olimpiya məşəli estafeti zamanı məşəl aparmışıq. Onda məşəl aparırdıq, indi isə özümüz oynayacağıq! Bu isə qat-qat yaxşıdır.
İlya Leonov qeyd edib: “Bakının bu yarışlara necə hazırlaşdığını bilirik. Ölkə bununla yaşayır. Bu, təkcə Avropa üçün deyil, bəlkə də bütün dünya üçün möhtəşəm hadisə olacaq. Avropa Oyunlarının çimərlik futbolu üzrə elçiləri kimi idmanın bu növünü, ilk növbədə, Rusiyada, lazım gəlsə, bütün dünyada kütləviləşdirmək, onu təbliğ etməklə məşğul olmağımız bizi çox qürurlandırır və sevindirir. Çimərlik futbolunun populyar olduğu hər yerdə bizi tanıyırlar”. Onun sözlərinə görə, Rusiya yığması artıq iki dəfə bu titulun sahibi olub. Odur ki, azarkeşlər nə isə yeni bir şey gözləyirlər. İ.Leonov daha sonra deyib: “Birinci Avropa Oyunlarının qalibi olmağı çox istəyirik. Zənnimcə, bu, hətta dünya çempionatındakı qələbədən daha güclü əks-səda doğura bilər. Hər halda əminəm ki, Bakıda yarışların qalibi olsaq, onların hamısı çox sevinəcək. İndi Avropa Oyunları və dünya çempionatı bizim üçün prioritetdir. Bu turnirləri bütün dünya izləyəcək. Aydın məsələdir ki, biz oyunçular turnirləri əhəmiyyətli və əhəmiyyətsiz yarışlara ayırmırıq – biz hər oyuna qalib gəlmək üçün çıxırıq. Lakin indi bizə həyatımızda ilk dəfə Oyunlarda çıxış etmək şansı verilib. Hələlik Avropa Oyunları olsa da, bu, Olimpiya ailəsinə üzv olmağımız üçün ilk addımdır”.
Çimərlik futbolunu seçdiklərinə görə Avropa Oyunlarının təşkilatçılarına təşəkkür edən Anton Şkarin deyib: “Bizim idman növünü seçdiklərinə görə təşkilatçılara “Çox sağ olun” deyirəm. Əminəm ki, onlar düzgün seçim ediblər. Çimərlik futbolu çox rəngarəng və maraqlıdır, stadionda olanların hamısının xoşuna gələcək. Biz belə turnirdə ilk dəfə iştirak edəcəyik. Buna görə də yaxşıların yaxşısı olduğumuzu bir daha sübuta yetirmək üçün meydana ikiqat qələbə əzmi ilə çıxacağıq”.
A.Şkarin bütün rusiyalı azarkeşləri çimərlik futbolu yarışlarına dəvət edərək bildirib: “Mən öz tərəfimdən çalışacağam ki, Avropa Oyunları elçisi adına layiq olum”.
Avropa Oyunlarının elçisi daha sonra deyib: “Bütün bunların necə görünəcəyi mənim üçün çox maraqlıdır. Eşitdiyim əhvalatlara, oxuduğum məqalələrə əsasən, Olimpiya hərəkatının nə demək olması barədə müəyyən təsəvvürüm var. Yenilik olacaq və mən bütün bunları özüm hiss etmək istəyirəm. Ümumi medal hesabı olacaq. Biz başqa idmançılarla, müxtəlif idman növlərinin nümayəndələri ilə bir yerdə yaşayacağıq. Hələ belə halla üzləşməmişik. Yalnız bu atmosferə daxil olandan sonra bunu hiss edə biləcəyik”.
Messi dubl etdi
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video