Mən də çoxları kimi onu televiziyadan görüb tanımışam. Ancaq mənə onunla qiyabi tanışlığı əyani tanışlığa çevirmək nəsib olub. Bu da onun kimi idman jurnalistikasında olmağım sayəsində baş verib. Aramızda cəmi 1 yaş fərq - o, məndən 1 yaş böyük olsa da, mətbuatda təcrübəsi məndən çoxdur. Bu da həmin sahəyə daha tez gəlişi ilə bağlıdır.
Təsadüfi deyil ki, mən institutda təhsil aldığım vaxtda o, artıq mavi ekrandan tanınır, hər birimizin evinə “qonaq” gəlirdi. Bəli, bu, uzun illər televiziyada çalışmış, məşhur teleşərhçi Altay Əliyevdir.
90-ci illərdə nüfuzlu mükafat olan “Media açarı”na hələ 19 yaşında layiq görülən Altay istedadlı jurnalistlərimizdəndir. Özü də televiziyaya – AzTV-yə gəlişinədək tanınmış qəzetlərimizdən olan “525-ci qəzet”də ilk addımlarını atıb. Bu, onun sonrakı fəaliyyətinə müsbət təsir göstərib. Şəxsi fikrim belədir ki, jurnalistikaya qəzetdən başlamaq çox faydalıdır, böyük məktəbdir. Təbii ki, o, böyük təcrübəni televiziyada, dövlət kanalında qazanıb. A.Əliyev uzun müddətdir bu sahədən ayrı düşsə də, “İdman Azərbaycan”ın ilk vaxtlarında, təməlinin qoyulmasında böyük rolu olub.
Altayın aparıcılığında ən böyük üstünlüklərindən biri səs tembri, dinamikası, emosionallığı olub. Ən maraqsız oyunlar belə onun səsi sayəsində canlanırdı. Dinamikası o qədər idi ki, hətta zarafatla futbolçuların bu tepmdə oynamağa çatdıra bilmədiyi deyilirdi. Ən əsası, Əliyev hələ gənc yaşlarından öz üslubu ilə seçilirdi. Onun "Şəmkir"in, "Neftçi"nin, milli komandamızın beynəlxalq miqyaslı oyunlarını necə şərh etməsi daha çox yaddaqalan olub.
Həmkarımla tanışlığım hələ jurnalistikada ilk addımlarımı atdığım vaxtda "Futbol-plus” qəzetində olub. Məni bu sahəyə gətirən, ilk baş redaktorum olan dəyərli insan Mahir Rüstəmlinin sayəsində. Onlar bir-birlərini çoxdan tanıyırlar. Aralarında zarafatları, mübahisələri olsa da, bir-birlərinin xətirlərini çox istəyirlər.
Tale elə gətirdi ki, Rüstəmlinin sayəsində xaricə ilk səfərim zamanı məhz Altayla yol yoldaşı oldum. Bu, 2006-cı ilin yanvarında Moskvada “Birlik kuboku” turnirinə ezamiyyət idi. Həmin səfər təkcə jurnalistikada ilk səfərim olduğuna görə yox, başqa məqamlara görə də mənim üçün çox yaddaqalan olub. Altayın yaxşı yol yoldaşı, sədaqətli dost olduğuna hələ 9 il öncə onda şahid olmuşam. Məlum olduğu kimi, “Neftçi” həmin turnirin qalibi olmaqla bu uğuru qazanan ilk Azərbaycan klubu oldu. Və biz həmin tarixi nailiyyətə birgə canlı şahidlik edən azərbaycanlı jurnalistlər olduq. Bəli, “Birlik kuboku”nu qazandığımız ilk ildə Azərbaycandan ora gedən media nümayəndələri yalnız mənimlə Altay idi. Litvanın “Kaunas” klubu ilə final oyununu həyəcanlı izlədiyimiz zamanı Əliyevin bizdən bir qədər yuxarıda matçı canlı yayımda necə emosional şəkildə şərh etməsi indiyədək gözümün önündə canlanır.
Altayla sonradan digər paytaxt təmsilçisi – “Bakı”yla səfərlərdə olmuşam və bu, həm “Birlik kuboku”na, həm də avrokuboklara təsadüf edib. Diqqətinizə çatdırdığım bu şəkil də Rusiya paytaxtındakı ənənəvi turnirdəndir. 2010-cu ildə türkiyəli Bülənt Korkmazın baş məşqçisi olduğu “Bakı” həmin yarışda qrupdan çıxa bilmədi. Şəkildə məşhur teleaparıcıların əhatəsində olsam da, Sənan Şəfizədə və Gündüz Abbaszadədən fərqli olaraq Asif Bağırov artıq həmin vaxt artıq televiziyada yox, “Bakı”da mətbuat katibi idi.
Teleaparıcılardan söz düşmüşkən, bəlkə də çoxları bilmir ki, İlkin Fikrətoğlunun mavi ekrana gəlişində Altayın birbaşa rolu olub. Bu da Əliyevin 2002-ci ildə qısa müddət ATV-də fəaliyyəti zamanı olub. Həmin vaxt İlkini televiziyaya gətirən Altay izləyicilərə belə bir istedadı bəxş edib. Düzdür, o, az sonra həmin telekanaldan getsə də, Fikrətoğlu indiyədək, yəni artıq 13 ildir orada çalışır. Bununla da İlkin 14 il dövlət televiziyasında çalışmış Əliyevin rekordunu qırmağa yaxındır.
Altay artıq idman mediasında olmasa da, bizlərdən biri olaraq qalır. Onun ad günündə yenidən gündəmdə olmağını istədim. Altay teleşərhçilikdə məşhurlaşaraq öz möhürünü vurub gedən jurnalistlərdəndir. Artıq xeyli müddətdir bu sahədən kənarda qalsa da, yeri görünür. Yeri görünürsə, deməli, iz buraxıb.
Onun şərhçilik üslubuna qələbəli oyunlarımız daha çox yaraşır.
Əslən Ağdamdan olduğunu, orada dünyaya gəldiyini nəzərə alsaq, bu şəhərin təmsilçisi “Qarabağ” Altaya daha doğmadır. 37 yaşının tamam olduğu həftədə isə Ağdam klubu ardıcıl 2-ci çempionluğunun bir addımlığındadır. Məncə, bunun şənbə günü keçiriləcək növbəti turda gerçəkləşməsi onun ad gününə yaxşı bir hədiyyə ola bilər.
Təbriklər, Altay!
Mehman SÜLEYMANOV
45 yaşlı qapıçı ilə müqavilə uzadıldı
"Tottenhem"in hücumçusu "Fiorentina"da- Rəsmi
“Liverpul” 17 yaşlı müdafiəçi ilə razılığa gəlib
Superliqa klubunda bu mövsümdə üçüncü baş məşqçi təyinatı
Yeni idman direktoru o oldu
“Şamaxı” onunla yolları ayırdı
"Milan" Fülkruqun transferini açıqladı
“Neftçi”nin qış hazırlıq planı müəyyənləşib
"Milan"dan "Fənərbaxça"ya rədd cavabı
Hər birinin qiyməti 200 milyon avrodur
"Bavariya"da yeni məşqçi
Modriç: "Mourinyonun Ronaldonu ağlatdığını gördüm"
"Mançester Siti"dən xal itkisi - Video
“Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
“Çelsi” Marreskanın davranışlarından narahat imiş
Serxio Ramos məşhur klubun prezidenti ola bilər
Obameyanqdan hökumətin sərt qərarına - Münasibət
Bekker 100-ə çatdı
Yamal ilin ilk məşqini buraxdı
"Liverpul" yeni ilə heç-heçə ilə başladı - Video
“Qarabağ”ın rəqibi hücumçusunu icarəyə verdi
Ötən il əfsanəvi futbolçulardan kimlər karyerasını bitirdi?
Yığma qalib gəlsə, böyük məbləğdə pul mükafatı alacaqlar
"Barselona" misirli futbolçunu transfer edir?
"Mançester Yunayted" Matetaya göz dikdi
"Onlar güclü rəqiblərə qarşı matçlarda büdrəyirlər"
"Aston Villa" braziliyalı hücumçunu transfer etdi
Zədələndiyi üçün transfer siyahısından çıxarıldı
Mareskanın yerinə əsas namizəd odur
"Borrusiya"dan "Braytona" keçir
"Qalatasaray"ın müraciəti rədd edildi
Obameyanq qovuldu, yığmanın məşqçiləri istefaya göndərildi
Slot: "Frimponqu sürətinə görə aldıq"
"Çelsi" Mareskanı göndərdi - Rəsmi
"Real" Vinisiusla danışıqları bərpa edir
Dünyanın ən bahalı yarımmüdafiəçiləri
Modriç: "Ofisiant olmaq istərdim"
“Şaxta Babaya inanırdım” - Yuri Vernidub
Tanınmış məşqçidə xərçəng aşkarlandı
Misli Premyer Liqası: İlk yarının təhlili
FIDE 2026-cı ilin ilk reytinqini açıqladı
"Real" onunla müqaviləni uzadacaq
"Zirə"nin legioneri bu dəfə ehtiyatda qaldı
"Mən səni çox sevirəm"