Kasilyas Xaviyə çatdı

Kasilyas Xaviyə çatdı
XƏBƏR 14 May 2015 / 01:09 3039
-  A +

“Real”ın qapıçısı İker Kasilyas Çempionlar Liqasında ən çox oyun keçirən “Barselona”nın futbolçusu Xavi Ernandesin rekorduna şərik olub.

Qol.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin “Yuventus”la cavab qarşılaşmasında start heyətdə yer alan təcrübəli qolkiper 150-ci oyununa çıxıb.

Xatırladaq ki, 33 yaşlı qapıçı “Real”ın heyətində üç dəfə ÇL-nı qazanıb.

Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk